Binəli Yıldırım: “Ölkələrimiz arasında əlaqələr mükəmməl səviyyədədir”
Tarix: 29.08.2018 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Türkiyə Böyük Millət Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub

Avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. Əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov ilə Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın təkbətək, sonra geniş tərkibdə görüşü olub. Oqtay Əsədov Azərbaycan-Türkiyə münasibətlərinin bütün istiqamətlərdə inkişaf etdiyini deyib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu münasibətlərin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri böyük rol oynayır. İqtisadi əlaqələrdən danışan Oqtay Əsədov qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi milyardlarla ölçülür. 2017-ci ildə ticarət dövriyyəsi iki milyard altı yüz milyon dollar olub. Ticarət dövriyyəsinin həcmini artırmaq istiqamətində hər iki ölkə səylə çalışır. Milli Məclisin sədri Türkiyə ilə Azərbaycanın həyata keçirdiyi birgə regional layihələrdən söz açaraq bildirib ki, bu layihələr ölkələrimizin rifah halının yaxşılaşdırılmasına böyük kömək edəcək. Oqtay Əsədov parlamentlərimiz arasında da əlaqələrin davamlı olaraq genişləndiyini deyib. Qeyd edib ki, Milli Məclisin 59 deputatı Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüdür. Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, bu səfər çərçivəsində ikitərəfli və regional əməkdaşlığın, parlamentlərarası əlaqələrin inkişafı üçün müzakirələrin aparılacağını bildirib. Binəli Yıldırım ölkələrimiz arasındakı əlaqələrin mükəmməl səviyyədə olduğunu, bütün sahələrdə çox sıx və səmərəli əməkdaşlıq qurulduğunu qeyd edib. Türkiyə Böyük Millət Məclisinin sədri dərin köklərə malik qardaşlıq və dostluq münasibətləri olan Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”
17.09.2018
Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info