6100 nəfər özünüməşğulluq proqramı üzrə təlim kurslarına cəlb edilib
Tarix: 29.08.2018 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı üzrə bu ilin ötən dövründə artıq 6100 nəfər işaxtaran və işsiz şəxs təlim kurslarına cəlb olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Palitra”ya verilən məlumata görə, təlim kurslarında Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən kiçik biznesin təşkili və idarə olunması üzrə zəruri bilik və bacarıqlar öyrədilir. Kursları başa vuranların biznes-planlarının müəyyən olunmuş meyarlar (biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya) əsasında qiymətləndirilməsi həyata keçirilir. Bu günədək kursları bitirənlərdən artıq 4800 şəxsin biznes-planları uğurlu hesab edilib. Həmin şəxslərin biznes-planları üzrə kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin edilməsinə hazırlıq işləri aparılır. Hazırda işaxtaran və işsiz şəxs təlim kurslarına cəlb olunması və biznes-planların qiymətləndirilməsi işləri davam etdirilir. Xatırladaq ki, bu il 7 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının qurulması planlaşdırılıb.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info