Rezidenturaya qəbul üzrə plan yerlərinin sayı 471-ə çatdırılıb
Tarix: 29.08.2018 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 2018-2019-cu tədris ilində rezidenturaya dövlət sifarişi əsasında qəbul üzrə 332 plan yeri təsdiq edilib. Eyni zamanda, Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq Nazirlər Kabineti tərəfindən Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun qəbul planlarına 139 plan yerinin əlavə edilməsi barədə qərar qəbul edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rezidenturada təhsil almaq istəyənlərin müraciətlərini, eləcə də klinik bazaların imkanlarını nəzərə almaqla əlavə edilmiş plan yerlərindən 39-u dövlət sifarişi əsasında, 100-ü ödənişli əsaslarla təhsil üzrədir. Beləliklə, rezidenturaya qəbul üzrə plan yerlərinin sayı cəmi 471-ə çatdırılıb. Ödənişli plan yerləri Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun olaraq müəyyən edilib. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən ölkə vətəndaşları üçün rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. İllik təhsil haqqı Nazirlər Kabinetinin 27 avqust 2018-ci il tarixli 596s nömrəli sərəncamına uyğun olaraq 4 min manat məbləğində müəyyən edilib. Klinik baza ilə razılaşdırılmış qaydada təhsil haqqı rezidentlər tərəfindən klinik bazanın hesabına köçürüləcək. Eyni zamanda Qaydaların 5.8-ci bəndinə əsasən rezidenturada təhsil dövründə rezidentlərə ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir. Rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətinin 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirilməsi barədə Qaydalarda müəyyən edilmiş müddəa dövlət sifarişi əsasında rezidentura təhsili alanlara şamil olunur. Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydalar”nın 5.8-ci bəndinə əsasən dövlət sifarişi çərçivəsində təhsil almaq hüququ qazanmış təhsil alan bu hüquqdan imtina edərsə və ya bu hüquqdan məhrum edilərsə, onda həmin təhsilalan üçün nəzərdə tutulmuş istifadə olunmamış vəsait tədris ilinin yekununa görə ən yüksək nəticələr göstərmiş eyni ixtisas üzrə ödənişli əsaslarla təhsil alana təklif olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info