Gənclər Fondunun müsabiqəsi daha çox gənci əhatə edəcək
Tarix: 25.06.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan verilən məlumata görə, iclasın gündəliyinə fondun üçüncü qrant müsabiqəsinin elan olunması, “E” kateqoriyası üzrə (xarici ölkə gənclərinin və gənclər təşkilatlarının Azərbaycanın tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin dəstəklənməsi) təqdim edilmiş layihələrin müzakirəsi, fond tərəfindən həyata keçirilən və planlaşdırılan təbdirlər, habelə qurumun maliyyə dəstəyi ilə hazırda icra olunan layihələrin hesabatlılıq vəziyyəti və sair məsələlər daxil edilib. İclasa sədrlik edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov qrant müsabiqəsinin əsas məqsədinin gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdən ibarət olduğunu qeyd edib. O, fərdi gənclər və gənclər təşkilatları üçün ötən müsabiqələrlə müqayisədə daha çox - 5 kateqoriya üzrə 20-dən artıq mövzunun nəzərdə tutulduğunu bildirib. Təklif edilib ki, müsabiqənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə fondun aparatı tərəfindən respublikanın bütün regionlarında təqdimat mərasimləri və məlumatlandırma sessiyaları keçirilsin. Şura üzvlərinin səsləndirdikləri təkliflər nəzərə alınmaqla, müsabiqənin istiqamətlərinin, müddətinin və şərtlərinin iyun ayının 27-də elan edilməsi qərara alınıb. Xarici ölkələrin gənclər təşkilatları və gənc vətəndaşları tərəfindən “E” kateqoriyası üzrə təqdim edilmiş 5 layihə fondun müvafiq təlimatına uyğun gəlmədiyinə görə yenidən işlənmək üçün geri qaytarılıb. Fondun icraçı direktoru Fərhad Hacıyev fondun həyata keçirdiyi və planlaşdırdığı tədbirlər, habelə qurumun maliyyə dəstəyi ilə gənclər təşkilatları və yaradıcı gənclər tərəfindən hazırda icra olunan layihələrin hesabatlılıq vəziyyəti haqqında məlumat verib. İcraçı direktorun məlumatı nəzərə alınıb.
Gavidan




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info