İordaniya Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək istəyir
Tarix: 29.08.2018 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayev bu ölkənin Parlamentinin Nümayəndələr Palatasının sədri Atif Taravneh ilə görüşüb. Səfirlikdən bildiriblər ki, R.Rzayev ölkələrimiz arasında əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu ifadə edərək, Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq və qardaşlıq əlaqələrinin, həyata keçirilmiş qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərə müsbət təsirini vurğulayıb. Turizm, sərmayə qoyuluşu, ticarət, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin, habelə Bakı və Əmman arasında birbaşa hava yolunun açılmasının və Azərbaycan ilə İordaniya arasında viza rejiminin sadələşdirilməsinin önəmini diqqətə çatdırıb. Azərbaycan-İordaniya parlamentlərarası əlaqələrinin inkişafının, dostluq qruplarının fəaliyyətinin razılıq doğurduğunu bildirən R.Rzayev Azərbaycan parlamentinin 100 illik yubileyi münasibətilə cari il sentyabrın 20-də keçiriləcək tədbirdə dost İordaniyanın da təmsil olunacağına əminliyini ifadə edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq və etnik təmizləmə siyasəti, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunduğu və nəticədə bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü barədə ətraflı məlumat verən səfir R.Rzayev İordaniya Senatının Xocalı soyqırımı barədə qəbul etdiyi sənədin yüksək qiymətləndirildiyini vurğulayıb. İordaniya parlamentinin sədri ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluğunu ifadə edib. O, iki ölkə arasında iqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsinə yüksəldilməsinin zəruriliyi haqqında İordaniyanın Baş naziri ilə söhbət apardığını və bu istiqamətdə cari ilin fevralında Əmmanda keçirilmiş Hökumətlərarası Müştərək Komissiyanın 3-cü iclasının əhəmiyyətini qeyd edib. A.Taravneh Azərbaycan parlamentinin 100 illik yubileyi münasibətilə sentyabrın 20-də keçiriləcək tədbirdə iştirakla bağlı Milli Məclisin sədri Oqtay Əsədovun dəvətini xalqlarımız və parlamentlərimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin rəmzi kimi qiymətləndirib.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
20.03.2019
ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info