Türkiyəli alimlər Naxçıvanda
Tarix: 25.06.2013 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Türkiyə Cümhuriyyəti universitetlərinin təmsilçilərindən ibarət heyət Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub.
Universitetin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov qonaqları salamlayaraq Azərbaycan - Türkiyə əlaqələrinin inkişafından danışıb. Rektor, ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə qazanılan müvəffəqiyyətlərdən bəhs edib, Naxçıvan Dövlət Universitetinin inkişaf yolu, genişlənməkdə olan beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd olunub ki, dünyanın 76 universiteti ilə tərəfdaşlıq edən bu ali məktəbin Türkiyənin 40-a yaxın ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan universitetləri ilə elmi əməkdaşlığı bu gün də uğurla davam etdirilir. Bu ali məktəbdə 12 ölkədən 300 nəfər vətəndaş təhsil alır ki, bunlardan da 230 nəfəri Türkiyə vətəndaşlarının payına düşür. Türkiyəli qonaqlar adından Qaratay Universitetinin rektoru, professor Ömer Torlak, Hacəttəpə Universitetinin əməkdaşı, professor Bahtişen Kavak çıxış edərək səmimi qarşılanma üçün minnətdarlıqlarını bildiriblər. Çıxışlarda iki qardaş ölkə arasında əlaqələrin inkişafında universitetlərarası tərəfdaşlığın əhəmiyyətindən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışılıb. Türkiyəli qonaqlar Naxçıvan Dövlət Universitetinə yeni elmi və elmi-publisistik nəşrlər hədiyyə etmiş, qonaqlara Naxçıvanın əsas rəmzi olan Haçadağı əks etdirən rəsm əsərləri təqdim olunub. Qonaqlar universitet ərazisini gəzib, ali məktəbin strukturu, tədrisin səviyyəsi, maddi-texniki bazası ilə tanış olublar. Türkiyə universitetlərinin təmsilçiləri naxçıvanlı həmkarları ilə birgə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev muzeyində də olublar.

Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info