Ruhaninin parlamentdə verdiyi hesabat deputatları razı salmadı
Tarix: 29.08.2018 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


İranda dövlət işçiləri casusluqda ittiham edilərək tutulub

İran prezidenti Həsən Ruhani ölkə parlamentinin hazırkı iqtisadi vəziyyətilə bağlı ünvanlanan 5 suala cavab vermək üçün parlamentin səhər sessiyasında iştirak edib. Prezidenti xarici işlər naziri Məhəmməd Cavad Zərif, sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari, kəşfiyyat naziri Mahmud Ələvi, elm və texnoloji işlər üzrə vitse-prezident Sorena Sattari, kənd təsərrüfatı naziri Cihad Mahmud Hojiqati və daxili işlər naziri Əbdülrza Rəhmani Fazli müşayiət edib. Bu barədə "İRNA" xəbər agentliyinə büdcə təşkilatının rəhbəri Məhəmməd Baqir Nobaxt məlumat verib. TRT xəbər verir ki, millət vəkilləri 30 dəqiqə ərzində suallarını veriblər, Həsən Ruhani isə onlara 1 saat ərzində cavab verib. İran millət vəkilləri Həsən Ruhaniyə mal və valyuta qaçaqmalçılığı, bank sanksiyalarının davam etdirilməsi, işsizlik səviyyəsi, iqtisadi inflyasiya, "Forex" dərəcəsinin artırılması və yerli valyutaya nəzarət edilməməsi ilə bağlı suallar veriblər. Kabinetin fəaliyyətini müdafiə edən Ruhani, iqtisadi problemlərin Amerika Birləşmiş Ştatlarının sanksiya tətbiqinə yenidən başlaması ilə yarandığını qeyd edib və suallara cavab verib. Lakin İran prezidentinin 5 cavabından yalnız biri - bank sanksiyalarının davam etdirilməsi məsələsindəki cavabı parlament tərəfindən məqbul hesab edilib. Onun digər cavabları millət vəkilləri tərəfindən qeyri-məqbul hesab edilərək rədd edilib. Qeyd edək ki, İran prezidenti Həsən Ruhani bundan əvvəl parlamentə gələrək hesabat verməkdən boyun qaçırmaqda ittiham edilirdi. Bu arada İran İslam Respublikasının kəşfiyyat naziri Mahmud Ələvi ölkədə müxtəlif cinayətlər planlaşdıran onlarla casusu zərərsizləşdirdiklərini açıqlayıb. Kəşfiyyat xidmətinin casuslara qarşı bölməsinin əməliyyatlarından danışan iranlı nazir zərərsizləşdirilən casusların müxtəlif dövlət qurumlarında işlədiklərini və əsasən, ikili vətəndaşlığa sahib olduqlarını açıqlayıb. Nazir ayın əvvəllərindən bəri güclü əməliyyatların aparıldığını və ölkədə məzhəb münaqişəsi yaratmağa çalışan bir qrup casusun zərərsizləşdirildiyini, onların arasında 5 sünni din xadiminə qarşı sui-qəsd təşkil etmək istəyən şəxslərin də olduğunu diqqətə çatdırıb. Mahmud Ələvi metro stansiyalarında və universitetlərdə də təşkil edilməsi planlaşdırılan bir neçə terror aktının qarşısının alındığını sözlərinə əlavə edib. Nazir əlavə edib ki, xüsusi xidmət orqanları ötən il ərzində terrorçulara məxsus 230 hücrəni məhv edib. Bundan başqa, nazir deyib ki, təxminən 32 terror qruplaşması İranı Suriyaya çevirməyə çalışıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info