“Yol gedir... Qubadlıya”
Tarix: 30.08.2018 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Qubadlının işğalının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində o vaxtkı siyasi hakimiyyətin yol verdiyi ciddi və bağışlanılmaz səhvlərin nəticəsində respublikada yaranmış xaos və anarxiya, ordu quruculuğunun ləngidilməsi Qubadlının və digər ərazilərimizin işğalına gətirib çıxarıb. Təcavüzkar Ermənistanın hərbi birləşmələri 1993-cü il avqustun 31-də Qubadlı rayonunu ələ keçiriblər. İşğalçılar burada da yaşayış məntəqələrini dağıdıb, qarət edib, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetiriblər. Təəssüf ki, dünya birliyi Ermənistanın təcavüzkar əməllərinin qarşısını almaq, işğal siyasətinə son qoymaq üçün hələ də təsirli tədbirlər görmür. Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, digər nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qərarları icra edilmir, kağız üzərində qalır. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın tezliklə Ermənistanın işğalından azad edilməsi üçün məqsədyönlü və qətiyyətli siyasət aparır. Məhz bu qətiyyətin nəticəsdir ki, 2016-cı ilin aprelində torpaqlarımızın bir hissəsi işğaldan azad edilib, uzun illərdən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayış bərpa olunub. Hazırda Qubadlı rayonunun 35 mindən çox əhalisi respublikanın 42 rayonunda məcburi köçkün həyatı yaşayır. Məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımızın problemlərinə həssaslıqla yanaşır, onlara hər zaman diqqət göstərir. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində aparılan quruculuq-abadlıq işləri məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaq ümidini daha da gücləndirir. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov çıxışında Qubadlı uğrunda gedən döyüşlərdən, göstərilən qəhərmanlıqlardan bəhs edib. Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə vətənsizliyin acısını çəkdiyini bildirərək deyib: “Biz işğal edilmiş ərazilərimizin yanğısını hər zaman ürəyimizdə, beynimizdə, ruhumuzda daşımalıyıq. Hamımız bir olmalıyıq ki, Cocuq Mərcanlıya gedən yolun davamı gəlsin. Allah bizə yeni zəfərlər qismət eləsin”. Sonda “Yol gedir... Qubadlıya” filmi nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir
18.03.2019
Avtomobildən telefon oğurlayan şəxs saxlanılıb
18.03.2019
Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
18.03.2019
900 mindən çox pirotexniki vasitə aşkarlanıb
18.03.2019
Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info