“Ulduzum”la xaricə səyahət” lotereyasının qalibləri müəyyən edilib
Tarix: 30.08.2018 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkətinin ölkənin aparıcı banklarından olan “Bank of Baku” ilə birgə keçirdiyi stimullaşdırıcı tirajlı lotereyanın qalibləri müəyyən olunub. Lotereyanın əsas qalibləri avqustun 27-də ölkənin aparıcı media agentliklərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tiraj zamanı avtomatik qaydada xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında müəyyən edilib. Belə ki, “Bakcell” abunəçisi olan “Bank of Baku” müştərisi Kamran Şamiyev uduş fondunun əsas hədiyyəsi olan Dubaya 1 nəfərlik səyahət qazanıb. Uduş paketinə viza, Bakı-Dubay-Bakı istiqaməti üzrə təyyarə bileti, Dubay şəhərində 3 və ya 4 ulduzlu oteldə 3 gecə, 4 gün qalmaq haqqı, hava limanından otelə və oteldən hava limanına transfer və səyahət sığortası daxildir. Lotereyanın ikinci əsas qalibi Yamən Fərzəliyeva isə “iPhone” mobil telefonuna sahib olub. Tirajı keçirən “Bakcell” və “Bank of Baku” əməkdaşları lotereyanın əsas qalibləri ilə dərhal telefon əlaqəsi yaradıb, onlara şad xəbəri bildirərək öz təbriklərini çatdırıb. Qeyd edək ki, 18 may-18 avqust 2018-ci il tarixləri arasında keçirilmiş lotereyanın bütün iştirakçıları, yəni “Bank of Baku”nun xidmətlərindən faydalanan minlərlə “Bakcell” abunəçisi mobil operatordan bol-bol dəqiqələr, pulsuz internet paketləri və “Bank of Baku”dan xüsusi endirimlər qazanıblar. Bu günədək “Bakcell” abunəçilərinin 2,9 milyon nəfəri “Ulduzum” loyallıq proqramının təqdim etdiyi 250-dən çox biznes tərəfdaşın xidmətlərindən yararlanmaq üçün bu proqrama qoşulub. “Ulduzum” loyallıq proqramı “Bakcell” abunəçilərinə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramın tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir. Hər bir “Bakcell” müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Həmçinin proqramdan istifadəni daha da rahat etmək üçün yaradılmış “Ulduzum” mobil əlavəsi “iOS" və “Android” platformalarında çalışan cihazlar üçün www.ulduzum.az saytından yüklənilə bilər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info