Misirdə “Sinay-2018” antiterror əməliyyatında 20 ekstremist məhv edilib
Tarix: 30.08.2018 | Saat: 05:41:00 | E-mail | Çapa göndər



Misirin Silahlı Qüvvələri “Sinay-2018” antiterror əməliyyatı çərçivəsində son günlər 20 ekstremistin məhv edildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Misir Hərbi Hava Qüvvələrinə ölkənin qərbində səhra ərazisində terrorçu sığınacağının olması barədə operativ məlumat daxil olduqdan müvafiq yerə zərbələr endirildiyi bildirilir. Bundan sonra hərbçilər onların axtarışı və zərərsizləşdirilməsi əməliyyatını həyata keçiriblər. Nəticədə ölkədə təhlükəsizliyi və sabitliyi pozmağa yönəlmiş terror aktları törətməyi planlaşdıran 7 xüsusi təhlükəli ekstremist məhv edilib. Hərbçilər ərazidə silah-sursat, rabitə vasitələri və “intiharçı kəməri” aşkar ediblər. Bundan başqa, ölkənin qərb sərhədlərində terrorçuların istifadə etdikləri 38 avtomobil də məhv edilib. Sərhədçilər pilotsuz təyyarəni endirib və sərhədi qanunsuz keçməyə cəhd edən 2 min nəfəri saxlayıblar.
Bəyanatda daha sonra qeyd olunur ki, Sinay yarımadasının şimal hissəsində aparılan ikinci xüsusi əməliyyat nəticəsində 13 terrorçu məhv edilib, 18 cinayətkar saxlanılıb, həmçinin silahlılara məxsus 18 sığınacaq, 10 avtomobil sıradan çıxarılıb və 41 partlayıcı qurğu zərərsizləşdirilib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 50-yə çatıb
20.11.2018
Kanalizasiya kollektorundan kəsilmiş mal başları çıxdı
20.11.2018
ABŞ-da atışma nəticəsində ölən var
18.11.2018
Vyetnamda qasırğa nəticəsində 12 nəfər ölüb
18.11.2018
Əfqanıstanda toy şənliyi keçirilən evə raket düşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info