Ali Məhkəmə ipoteka mübahisələri ilə bağlı işçi qrup yaratdı
Tarix: 25.06.2013 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Ali Məhkəmənin Plenumu keçirilib. Ali Məhkəmənin sədri Ramiz Rzayev plenumda qeyd edib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yeni münasibətlər meydana gəlib, ölkədə bank-kredit fəaliyyəti sahəsində işlərin sayı xeyli miqdarda çoxalıb, həmin münasibətləri nizama salan ipoteka haqqında qanunvericiliyin tətbiqi dairəsi genişlənib, yaranan mübahisələrin həllində məhkəmələrin rolu artıb.
Plenumda “İpoteka haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinə dair” məsələ geniş müzakirə olunaraq təhlillər aparılıb. Təhlillər zamanı müəyyən edilib ki, məhkəmələr ipoteka haqqında qanunvericiliyi əsasən düzgün tətbiq etsələr də, bəzi hallarda məhkəmələr tərəfindən ipotekanın yaranma əsaslarının müəyyən edilməsində, onun dövlət qeydiyyatının aparılmasında, ipoteka ilə təmin edilən öhdəliklərin ipoteka hesabına ödənilməsində, həmçinin bu sahədə yaranan digər mübahisələrin həlli zamanı qanunların tətbiqində səhvlərə yol verilib. Plenumda bu qanunvericiliyinin tətbiqində yol verilən səhvləri aradan qaldırmaq, qanunun eyni qaydada tətbiqini təmin etmək, bu sahədə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədi ilə işçi qrupu yaradılıb. Plenumda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi sədrinin və Bakı Hərbi Məhkəməsi sədrinin ötən ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair hesabatları dinlənilib. Məruzə edən məhkəmədə sədrləri 2012-ci ildə həmin məhkəmələrin fəaliyyətində irəliləyiş olduğunu qeyd edib. Plenumda qeyd olunub ki, istər 1 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsində, istərsə də Bakı Hərbi Məhkəməsində 2012-ci ildə baxılan işlər 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb. Həmin məhkəmələr öz fəaliyyətlərində qanunvericilik normalarına əsasən əməl etsələr də, bəzi qanun pozuntularına da yol verib. Plenumda konkret mülki işlərə də baxılıb. İclasda müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar qəbul edilib. Qeyd edək ki, Ramiz Rzayev jurnalistlərə açıqlamasında deyib ki, ötən illə müqayisədə bu il Ali Məhkəmədə baxılan işlərin sayı çoxalıb. Ötən illə müqayisədə bu il əsasən iqtisadi və mülki işlərin sayı artıb. Onun sözlərinə görə, bu, ölkənin iqtisadi inkişafı ilə bağlıdır. R.Rzayev deyib ki, Ali Məhkəmənin ötən il baxdığı 8328 işdən cəmi 1500-ü cinayət, qalanları isə mülkidir: “Baxılan mülki işlərdə əsas mübahisə vətəndaşlarla məmurlar arasında olur”. Məhkəmə sədri ölkə üzrə ümumi baxılan işlərdə məhkəmə qərarlarının 85 faizinin vətəndaşların xeyrinə olduğunu vurğulayıb. Vətəndaşlara verilən ipoteka kreditləri ilə bağlı məhkəmə işlərinin sayının artması barədə suala cavabında R. Rzayev bunları deyib: “Səbəblərdən biri bankların qanunun tələbinə riayət etməməsi və qanunvericiliyin özündə müəyyən anlaşılmazlıqların olmasıdır”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info