Neftçalada modul tipli məktəb binaları quraşdırılır
Tarix: 30.08.2018 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


Son illər ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlərdə yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçala rayonunda da bu istiqamətdə xeyli iş görülüb. Son illər rayonda 15 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 bina isə əsaslı təmir olunub. Təkcə ötən il rayonun ayrı-ayrı kəndlərində 5 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin ixtiyarına verilib. Dövlət başçısının sərəncamı ilə bu il rayonda daha 7 modul tipli məktəb binasının quraşdırılması nəzərdə tutulub.
Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov bildirib ki, məktəb binaları rayonun Mirzəqurbanlı, Pirəppə, Qaraqaşlı, Aşağı Sura, Xoltəzəkənd, Xolqaraqaşlı və Qazaxdərə kəndlərində quraşdırılacaq. Ümumi orta məktəblər üçün nəzərdə tutulan binaların beşi 56, ikisi isə 80 şagird yerlikdir. Tikiləcək binalar üçün artıq kəndlərdə münasib yerlər ayrılıb və tikinti işlərinə başlanılıb. Artıq Pirəppə kəndində binanın tikintisi tam başa çatdırılıb. Qaraqaşlı kəndində isə tikilinin bünövrəsi tökülüb və quraşdırma işləri görülür.
Binaların tikintisi bu ilin sonunadək başa çatdırılacaq.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25.05.2019
Bu günün havası: paytaxtda yağmursuz, rayonlarda isə...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info