“Vəzifədən qovulandan sonra guya “demokrat” olublar”
Tarix: 25.06.2013 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Əhməd Oruc: “Bu qurum müflis olmuş, vaxtı keçmiş siyasətçilərin
və sabiqlərin yığnağıdır”

Azadlıq Partiyasının sədri Əhməd Oruc “Palitra”ya açıqlamasında radikal müxalifət qruplarının seçki öncəsi bir araya gəlməklə bağlı uğursuz cəhdlərindən danışdı. O, radikal müxalifətin bir qisminin ortaya çıxardığı “milli şura”nın problemlərini ciddi sayır: “Milli şura” hansı məqsədlərlə yaradılıb, məramı, məqsədi nədir, bəlli deyil. Yaxud da Rüstəm İbrahimbəyov kimi bir adam kimi istəyirsə, ondan “şura” düzəldir - bu kimi işlər çox qeyri-ciddi səslənir.
Eyni zamanda da “milli şura”nın arxasında hansı qüvvələrin dayandığı bəlli deyil. Buradakı tərəflər də bir-biriləri ilə uyuşmur. Buradakı partiyaların hər biri tamam fərqli istiqamətlərdən mövqe bildirirlər, bir-birilərinin mövqelərini qəbul etmirlər. Məsələn, İslam Partiyası da bildirir ki, bizim öz namizədimiz var, biz “milli şura”da yalnız fərd kimi iştirakçılığa qərar vermişik. Deyirlər ki, bizdən xahiş ediblər ki, iclaslara gəlib-gedək. Bütün bu cür anlaşılmazlıqlar da göstərir ki, “milli şura” hələ kimsəyə aydın olmayan qurum xatirinə qurumdur. Bu birlik Rüstəm İbrahimbəyovun ətrafında yaranıb. O isə Azərbaycana gəlmək istəmir, həbsdən qorxur. Bundan başqa, “milli şura”dakı digər namizədlərin indiki “milli şura”dakılar tərəfindən dəstəklənməsi mümkünsüzdür. Belə olduqda, “milli şura”dakılar seçkidə hərə özbaşına hərəkət edəcək. Hesab edirəm ki, Rüsətm İbrahimbəyov seçkiyə gəlsəydi belə, onun namizədliyi ətrafında problemlər yaranacaqdı. Fəaliyyət oriyentirləri bəlli olmayan, dəstəkçiləri qaranlıq qüvvələr olan, şəffaf formalaşmayan, heç bir məsələdə konkret razılığa gələ bilməyən qruplardan təşkil olunmuş bir qurumdan stabil, səbatlı və düşünülmüş siyasi addımlar, qərarlar gözləmək doğru olmazdı. Bu qurumun fəaliyyəti xaotiklik və prinsipsizlik ortaya çıxarır”.
Əgər “milli şura”da təmsil olunan ayrı-ayrı partiya və qruplar heç bir məsələdə razılığa gələ bilməyibsə, bəs niyə birləşiblər? Onların bu cür birləşməsi nə məna verir? Partiya sədri düşünür ki, ayrı-ayrı partiyalar, şəxslər zənn edirlər ki, “milli şura” layihəsində çox böyük bir maliyyə var. Ona görə də onlar “milli şura”ya qoşuldular ki, bir qədər maliyyə, pul qazansınlar. Həm də ayrı-ayrılıqda bu partiyalardan hər hansı biri seçkilərə qatılmaqdan çətinlik çəkirlər. Məsələn, bu partiyalardan ən iddialı kimi görünməyə çalışanlardan biri Müsavat Partiyasıdır ki, bu partiya 2003-cü illə müqayisədə 10 dəfələrlə zəifdir, gücsüzdür. Eləcə də digərləri seçki kapmaniyasını apara bilməzlər. Onların da heç birinin nüfuzları yoxdur. Ayrı-ayrı rayonlara gedəndə onları yerli insanların nə cür qarşıladıqlarını da açıq görürük. Onlarda əhalinin qarşısına çıxmaq cəsarəti yoxdur. Qalanları da günlərini keçirirlər. Bir növ, “milli şura” müflis olmuş, vaxtı keçmiş siyasətçilərin və sabiqlərin yığnağıdır. Onların bir çoxu vəzifədən qovulandan sonra guya “demokrat” olublar. Bütün bunlar göstərir ki, bu quruma çox diqqət yetirmək və fikir bildirmək də doğru deyil. Hesab edirəm ki, “milli şura” ilə bağlı ajiotaj cəhdləri, yalançı hay-küylər ortadan götürülməlidir. Bu qurumun yaranmasını “stəkanda fırtına” kimi təqdim etməyə çalışanlar var”.
İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info