Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndələri fermerlərlə görüşüb
Tarix: 30.08.2018 | Saat: 15:01:00 | E-mail | Çapa göndər



Dövlət Aqrar Ticarət Şirkətinin (DATŞ) nümayəndə heyəti bölgələrdə yerli fermer və təsərrüfat sahibləri ilə silsilə görüşlər keçirir. Növbəti görüş Şabran, Xaçmaz və Qusar Dövlət Aqrar İnkişaf mərkəzlərində baş tutub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə məqsəd yerli fermer və sahibkarlarla tanışlıq, Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətləri barədə onları məlumatlandırmaq və gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.

DATŞ-ın direktor müavini Sərxan Sərxanov qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların satışında rastlaşdıqları problemləri dinləmək, məhsul satışına dəstək göstərmək məqsədilə fermerlərlə görüşdüklərini bildirib.
Qeyd olunub ki, Dövlət Aqrar Ticarət Şirkəti 3 aya yaxındır fəaliyyətə başlayıb. Bu müddət ərzində şirkət həm formalaşma prosesi keçib, həm də kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsul satışına dəstək göstərməyə çalışıb. Paralel olaraq Dövlət Aqrar Ticarət Şirkəti fermer təsərrüfatlarının daha da inkişafı, fermerlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər planı üzərində işləyib.
Həyata keçiriləcək layihələr barədə görüş iştirakçılarına məlumat verən DATŞ-ın direktor müavini fəaliyyət zamanı fermerlərlə alıcılar arasında vasitəçilik missiyasını həyata keçirdiklərini bildirib.
Daha sonra görüşdə iştirak edən fermerlərin təklifləri müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Görüşdən sonra DATŞ nümayəndə heyəti Şabran rayonu Mərcanlı kənd sakini Ağalar Yusifov, Xaçmaz rayonu Yergüc kənd sakini Aydın Əsbəndiyev və Çarxı kənd sakini İlyas Sərdarovun bağ sahəsi ilə tanış olub.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info