“ Müxalifətin birləşə bilməməsinin arxasında şəxsi ambisiyalar durur”
Tarix: 25.06.2013 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Prezident seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsində parçalanma daha da güclənir. Belə ki, bu dəfə də Ərəstun Oruclunun prezidentliyə namizəd olduğunu açıqlaması düşərgədə parçalanma meyillərinin daha da dərinləşməsinə səbəb olub.
Məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrəndik. “Azərbaycan Gənc Alim, Asiprant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov məsələyə münasibətini belə bildirdi: “Ümumiyyətlə, bütün bunlar müxalifət düşərgəsində hələlik ilkin parçalanma meyilləridir. Əslində Azərbaycanın müstəqilliyi dönəmində cəmiyyət müxalifətin monolitliyinin şahidi olmayıb. Seçkilər müddətində onlarla insanlar parçalanma nəticəsində müxtəlif qruplar tərəfindən namizədliklərini irəli sürürlər və bunun nəticəsində onsuz da zəif elektorata malik müxalifət düşərgəsi bir neçə hissəyə bölünür. Müxalifətin vahid namizəd ətrafında çarpışması və hər bir müxalifət liderinin özünü vahid namizəd rolunda və simasında görməsi bir daha bugünkü müxalifətin birləşmək şanslarının və imkanlarının sıfıra bərabər olmasını göstərir. O ki qaldı Ərəstun Oruclunun namizədliyinə, hesab edirəm, digər müxalifətyönlü namizədlər kimi, onun da hansısa şansları barədə danışmaq gülünc görsənir. Seçki müddəti daraldıqca yeni parçalanmaların şahidi olacağıq. Təəssüflər olsun ki, bizdə elə adamlar prezidentliyə namizədliyini irəli sürürlər ki, bunlar üç-beş insanı idarə etmək iqtidarında və bacarığında deyillər. Müxalifətin uğursuzluğunun kökündə isə Azərbaycan Prezidenti İlham Əliyevə xalqın dəstəyi durursa, müxalifətin birləşə bilməməsinin əsasında isə şəxsi ambisiyalar fonunda ümumi maraqların arxa planda yer alması durur”.

“Radikal düşərgədən bundan sonra da bir neçə şəxsin namizədliyi irəli sürüləcək”

“İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı isə məsələyə münasibət bildirərkən diqqəti “milli şura” daxilində gedən proseslərə çəkdi və bunları əlavə etdi: “ Ərəstun Oruclunun prezident seckilərində namizədliyinin irəli sürülməsində qeyri-adilik axtarmaq lazım deyil. Bu adam uzun illərdir Azərbaycan siyasi həyatında olan bir şəxsdir. Xüsusilə radikal müxalifət düşərgəsində təmsil olunur. Son illərə qədər “ictimai palata”nın rəhbərliyində təmsil olunub. Qatı müxalifətçidir. Namizədliyin irəli sürülməsi onun hüququdur. Düşünürəm ki, Ərəstun bəyin öz namizədliyini irəli sürməsinin əsas səbəbi uzun illər birgə addımladıqları partiya sədrlərinin birdən-birə Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürməsinə razılıq verməsidir. Mənə elə gəlir ki, bu düşərgədən bundan sonra da bir neçə şəxsin namizədliyi irəli sürüləcək”.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info