“The Jewish Journal” nəşri Azərbaycanda qadınların hüquqları, uğurları və imkanları haqda yazır
Tarix: 30.08.2018 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


ABŞ-da çıxan “The Jewish Journal” nəşrində Xocalı qırğını zamanı sanki möcüzə sayəsində sağ qalmış Dürdanə Ağayevanın Azərbaycanda qadınların kişilərlə hüquq bərabərliyi və imkanları mövzusunda məqaləsi dərc olunub.
D.Ağayeva təəssüflə qeyd edir ki, dünyanın bir sıra yerlərində hələ də qadınların hüquqları tapdalanır, milyonlarla qadın məktəbdə oxumur, baza təhsili ala bilmir. Müəllif vurğulayır ki, Azərbaycanda qadınlar pulsuz, icbari və keyfiyyətli təhsil alır, ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm rol oynayırlar.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda qadınların təhsili sahəsində ciddi dəyişikliklər baş verib. 1901-ci ildə məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda bütün müsəlman aləmində ilk dəfə olaraq, müsəlman qızlar üçün dünyəvi məktəb açılıb. Bu layihə həmin dövrdə Azərbaycanın daxil olduğu Rusiya imperiyasının digər hissələrindəki müsəlman icmalarını da analoji dünyəvi məktəblər açmağa ruhlandırıb.
Qarabağın sön hökmdarı İbrahimxəlil xanın kötükcəsi və məşhur Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Cavanşir 1908-ci ildə doğma Kəhrizli kəndində oğlanların və qızların birgə oxuya biləcəyi məktəb açıb. Müəllif qeyd edir ki, artıq 1915-ci ildə təkcə Bakıda müsəlman qızlar üçün 5 məktəb vardı. Həmin dövrdə qadın hüquqlarının müdafiəsi və qadınlar arasında təhsilin təşviq edilməsi məqsədilə Bakıda qadınlar üçün “İşıq” adlı qəzet nəşr edilirdi.
D.Ağayeva daha sonra yazır ki, 1919-cu ildə Azərbaycanda, müsəlman aləmində ilk dəfə olaraq, qadınlara seçki hüququ verilib. Yəni Azərbaycanda qadınlara bu hüquq ABŞ-dan bir il əvvəl, bir sıra Qərbi Avropa ölkələrindən neçə onillik əvvəl verilib. Azərbaycan cəmiyyətində qadınların müdafiəsini və onlara hörməti təmin edən qanunlar var. Məsələn, 1993-cü ildə Azərbaycan Konstitusiyasının 25-ci və 34-cü maddələrinə bütövlükdə kişilərlə qadınlar arasında, o cümlədən nikahda olan kişilərlə qadınlar arasında tam hüquq bərabərliyinə təminat verən müddəalar əlavə edilib. 2006-cı ildə Azərbaycanda qəbul edilmiş gender bərabərliyi haqqında qanuna əsasən, bərabər işə görə qadınlara kişilərlə bərabər əməkhaqqı ödənilməsi təmin olunur, işə qəbul və xidməti irəliləyiş sahəsində ayrı-seçkilik qadağan edilir.
Son 27 ildə Azərbaycanda davamlı və sürətli artım müşahidə olunur, çünki ölkənin iqtisadi, maliyyə və sosial vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Hazırda ölkədə savadlılıq səviyyəsi 99 faizə bərabərdir. Qadınlar arasında məktəblərə qəbul göstəriciləri 99,8-100 faiz təşkil edir. Azərbaycanın bütün əhalisinin 50,1 faizi, təhsil sahəsində bütün işçilərin təxminən 80 faizi və səhiyyə sahəsində işçilərin 65,7 faizi qadınlardır. Azərbaycanda fəlsəfə doktorlarının 56 faizi, universitet tələbələrinin 46,2 faizi, 6 universitetin rektoru, 15 kollecin direktoru, 1244 məktəbin direktoru qadın cinsinin nümayəndələridir.
Məhkəmə hakimiyyəti sahəsində çalışan qadın hakimlər çoxdur. Ölkədəki bütün hakimlərin təxminən 15 faizi qadınlardır. Azərbaycan Ali Məhkəməsindəki 7 hakimdən biri yəhudi icmasının nümayəndəsi Tatyana Qoldmandır. Azərbaycan parlamentində 125 qanunvericidən 20-si qadınlardır. Bahar Muradova parlament sədrinin müavinidir.
Azərbaycan tarixində qadın cinsinin ən yüksəkvəzifəli nümayəndəsi olan Birinci-vitse prezident Mehriban Əliyeva Azərbaycan qadınları üçün əsl örnəkdir. Mehriban Əliyevanın respublikada və ölkə hüdudlarından kənarda gender bərabərliyinin və təhsilin dəstəklənməsi üzrə fəaliyyəti xüsusi qeyd edilməlidir. Birinci vitse-prezidentin UNESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanda və beynəlxalq səviyyədə qadınların və uşaqların sağlamlığının qorunması və onların hüquqlarının təbliği üzrə humanitar səyləri danılmazdır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə qısa müddətdə Azərbaycanda, hətta ölkənin ən ucqar kəndlərində də yüzlərlə məktəb binası təmir olunub və ya yeni inşa məktəb binalar edilib. Bundan əlavə, Fond tərəfindən çoxsaylı beynəlxalq humanitar layihələr həyata keçirilib, o cümlədən Pakistanda qızlar üçün 500 şagird yeri olan yeni məktəb tikilib.
Qadınların təhsili hər bir cəmiyyətin inkişafında mühüm mərhələdir. D.Ağayeva məqaləsinin sonunda vurğulayır ki, yalnız təhsil sayəsində bütün dünyada milyonlarla qadının öz potensialını reallaşdırmasına kömək etmək, dünyanı yaxşılığa doğru dəyişmək mümkündür.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info