Depressiya endokrinoloji problemlərin əlamətlərindən biridir
Tarix: 30.08.2018 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Çox vaxt insanlar terapevtin məsləhəti və ya yönəltməsi ilə endokrinoloqa müraciət edirlər. Bu, müayinə zamanı endokrin sistemdə hansısa pozuntunun aşkarlanmasından sonra baş verir.
AZƏRTAC rus saytlarına istinadla xəbər verir ki, çox vaxt endokrin pozuntuların əsasını birinci və ya ikinci dərəcəli şəkərli diabet təşkil edir. Bu da orqanizmdə insulin çatmazlığı və ya şəkərin qanda normadan çox yüksək olması deməkdir. Adıgedən problemlər isə əsəb sistemini və damarları zədələyir, bədən üzvlərinin ciddi dəyişikliklərinə səbəb olur.
Bu baxımdan terapevt məsləhəti olmadan da endokrinoloqa getməyi vacib edən bir sıra amillər var.

Boğazda göynəmələr
Boğazda göynəmələr çox vaxt soyuqdəymə və ya qripin əlaməti olur. Lakin boğazda göynəmələr bəzən qalxanabənzər vəzdə olan pozuntular, törəmələr və düyünlər səbəbindən də irəli gələ bilər. Bəzən bunun, səs tellərində şişlik və ya səsin qalınlaşması səbəbindən qalxanabənzər vəzin funksiyalarının aşağı düşməsi (hipotireoz) səbəbindən meydana çıxması da mümkündür. Bu dəyişikliklər çox asanlıqla soyuqdəymə ilə də səhv salına bilər.
Saçların həddindən artıq tökülməsi və ya həddindən artıq tüklənmə
Endokrin sistem orqanizmdə gedən bütün prosesləri kontrolda saxlayır. Buna saç uzanması da aiddir. Qadınlarda alında saçların tökülməsi, qarın, çənə, bığ, gicgah nahiyələrinin tüklənmə kişi hormonlarının artmasına işarədir.

Çəki problemləri
Qalxanabənzər vəzin fəaliyyətində artma (hipertireoz) bir sıra fəsadlarla müşahidə edilə bilər: çəkinin sürətlə azalması, iştahanın artması, diarreya. Bu orqanın funksiyasının azalması isə maddələr mübadiləsinin ləngiməsi, çəki artımı və ödəmlə nəticələnə bilər.
Göründüyü kimi bir qayda olaraq endokrin problemlər çəki dəyişikliklərinə səbəb olur. Bununla yanaşı ağızda quruluq, susamaq, dəridə qaşınma, ayaqlarda ağrılar və ya göynəmələr, görmənin zəifləməsi kimi bir sıra amillər qanda şəkərin artmasına işarədir.

Yuxululuq və əsəbilik
Əgər yuxululuq və istəksizlik istirahətdən sonra da keçmirsə, səbəbsiz depressiyalar meydana çıxırsa, ani əhval-ruhiyyə dəyişiklikləri varsa bunu stressə və ya hansısa başqa amilə bağlamaq düzgün deyil. Belə ki, bu da endokrin sistemdə baş verən pozuntuların göstəricilərindən biridir. Xüsusilə həddindən artıq yuxululuq endokrinoloqa getməyi vacib edən səbəblərdəndir.
Bu simptomlar hiss olunduqda tez bir zamanda endokrinoloq müayinəsi mütləqdir.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Qrip xəstəliyi zamanı bədən hərarətinin aşağı salınması sağalmaya mane olur
19.01.2019
Qadın bezlərinin təhlükəli tərəfləri
19.01.2019
Bu dərmanları almayın! Heç bir xeyri yoxdur
18.01.2019
Güclü ürəyə sahib olmağın ən asan yolu
17.01.2019
Yedikcə iştaha açan 5 qida - Diqqət! Çəki almağınıza səbəb ola bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info