Türkiyədə Zəfər bayramı qeyd olunur
Tarix: 30.08.2018 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Türkiyədə Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü qeyd olunur. Ölkənin bütün ərazisində küçə və meydanlar bayramsayağı bəzədilib, 96 il əvvəl qazanılan şanlı zəfərin ildönümünü böyük coşqu ilə bayram edilir. AZƏRTAC xəbər verir ki, bayram münasibəti ilə Prezident Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət ediblər. Anıtqəbirdə böyük izdiham yaşanıb. Zəngin dövlətçilik ənənələrinə malik olan Türkiyə Respublikası ötən əsrin əvvəllərində gərgin siyasi və hərbi münaqişələrin mərkəzinə çevrilmişdi. Osmanlı imperiyasının süqutu türk xalqını öz dövlətçiliyini qoruyub saxlamaq və vətəni işğaldan azad etmək uğrunda mübarizəyə səfərbər etdi. 1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisi təsis olundu və xalqı təmsil edən hökumət quruldu. Bütün cəbhələrdə uğurlu hərbi əməliyyatlara başlandı, görkəmli dövlət xadimi Mustafa Kamal Paşanın rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı kimi daxil olub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info