Qubada milli yemək festivalı keçirilib
Tarix: 30.08.2018 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Avqustun 30-da Qubada “Regionun mətbəx günü” adı ilə təşkil olunan milli yemək festivalı yerli sakinlər və rayona gələn turistlər tərəfindən böyük maraqla qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən bu festivalda ölkəmizin şimal bölgəsinə məxsus milli yeməklər nümayiş etdirilib. Festivalın əvvəlində iştirakçılar yerli sənətkarların əl işlərinin nümayiş etdirildiyi stendlərə, azyaşlı idmançıların təqdimatına və ən əsası sərgilənən yemək növlərinə baxıblar.
Quba şəhərindəki Nizami Gəncəvi adına istirahət parkında təşkil edilən festivalda Quba ilə yanaşı Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim olunub. Bölgədə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələri tədbir iştirakçılarında böyük maraq oyadıb.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev festival iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, gündən-günə inkişaf edən ölkəmizdə bu kimi tədbirlərin keçirilməsi ənənəvi hal alıb. Respublikamızın bölgələrinin çiçəklənməsi, abadlaşması imkan verir ki, belə mötəbər tədbirlər rayonlarda da təşkil olunsun. Nazim Ağayev Azərbaycanın zəngin mətbəxə malik olduğunu bildirərək, bu festivalın ölkəmizin müxtəlif bölgələrində milli yemək növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət etdiyini diqqətə çatdırıb.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan milli mətbəxinin tarixi xalqımızın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə xeyli fərqlənir. “Regionun mətbəx günü” festivalının keçirilməsində əsas məqsəd mətbəx nümunələrimizi tanıtmaq, təbliğ etmək və milli yeməklərimizə əl uzadanların qarşısını almaqdan ibarətdir. Festival maraqlı konsert proqramı ilə davam edib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Regionun mətbəx günü” adlı milli yemək festivalının gələcəkdə ölkəmizin bütün bölgələrini əhatə etməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Adi kələmdən yay salatı
23.05.2019
Göbələkli kartof qızartması
08.05.2019
Buğlama
30.04.2019
Balqabaqlı qutab
25.04.2019
Gürcü xəngəli

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info