Xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi-satış
Tarix: 30.08.2018 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət sifarişi əsasında “İnkişaf Naminə İdman” İctimai Birliyinin nəzdində yaradılmış Ağcabədi Günərzi Qayğı Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət xeyriyyə satış-sərgisi təşkil edilib. Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin dəstəyi ilə keçirilən xeyriyyə tədbirində əsas məqsəd uşaqların faydalı əməyə cəlb edilməsi, həyat bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyasıdır. Rayonun idarə və müəssisə rəhbərlərinin, məktəb direktorlarının, iş adamlarının iştirak etdiyi tədbirdə Günərzi Qayğı Mərkəzinin rəhbəri Gülər Cəfərova çıxış edərək, sərginin keçirilməsinə dəstək olanlara və iştirakçılara aztəminatlı və çətin həyat şəraitində olan uşaqlara göstərdikəri qayğıya görə minnətdarlığını bildirib. G.Cəfərova qeyd edib ki, satışdan əldə olunan vəsait 2018-2019-cu tədris ilində məktəbə gedəcək mərkəz uşaqlarının müxtəlif dərs ləvazimatları ilə təmin olunmasına sərf ediləcək. Sonra əl işindən ibarət sərgiyə baxış keçirilib. Günərzi Qayğı Mərkəzinin uşaqları tədbir boyu qonaqlara müxtəlif rəqs və musiqi nömrələri ilə xoş ovqat bəxş ediblər.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info