Naftalanlı məzunlardan 31-i tələbə adını qazanıb
Tarix: 30.08.2018 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-2019-cu tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanında iştirak edən naftalanlı gənclərdən 31-i respublikanın müxtəlif ali məktəblərinə daxil olub. Bu münasibətlə Naftalan şəhər Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul olunan və tələbə adını qazanan gənclərlə görüş keçirilib. Görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov, icra aparatının əməkdaşları, şəhər təhsil şöbəsinin nümayəndələri, şəhərin ümumtəhsil məktəblərinin rəhbər və müəllim kollektivi, tələbə adını qazanmış gənclər, onların valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. R.İbrahimov ali məktəblərə qəbul olunmuş tələbələri, onların valideynlərini, müəllimləri təbrik edib və gənclərə gələcəkdə tələbəlik həyatında müvəffəqiyyətlər arzulayıb. Naftalan Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən Rəna Dəmirova “2017-2018-ci tədris ilində təhsildə uğur və naliyyətlərimiz” mövzusunda çıxış edib. Bildirilib ki, 2017-2018-ci tədris ilində Naftalan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən tam orta məktəblərdən 62 şagird məzun olub. Həmin məzunlardan 31-i DİM tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanıb. Şəhər üzrə ən yüksək göstəricini İmaddədin Nəsimi adına 1 nömrəli tam orta məktəbin məzunu Ayşən Əsədzadə əldə edib. O, 545 bal toplayaraq Bakı Dövlət Universitetinin (BDU) sosial iş fakültəsinə qəbul olunub. Həmin məktəbin digər məzunu Səyyarə Fərəcova isə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğu üçün Təhsil Nazirinin müvafiq əmri ilə gümüş medala layiq görülüb. O, həmçinin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 505 bal toplayaraq BDU-nun kimya fakültəsinə qəbul olunub. Məktəb direktorları, müəllimlər, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri tələbə adını qazanan gəncləri təbrik edib, onlara ən xoş arzularını bildiriblər. Sonda tələbə adını qazanmış gənclərə diplom və xatirə hədiyyələri təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info