Mamuka Baxtadze: Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığına görə fəxr edir
Tarix: 30.08.2018 | Saat: 23:34:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov avqustun 30-da ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Mamuka Baxtadzenin Gürcüstanın Baş naziri kimi ölkəmizə ilk səfərinin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan-Gürcüstan münasibətlərinin çox qədim tarixi olduğunu deyən Milli Məclisin sədri bildirib ki, bu dostluq və qardaşlıq əlaqələri əsrlərdən bəridir davam edir. Hər iki dövlət ən çətin zamanlarda bir-birinə dəstək olub.
Oqtay Əsədov qeyd edib ki, XX əsrin sonlarında müstəqilliyini bərpa edən ölkələrimiz əlaqələrini yeni müstəviyə qaldırıb. Bu münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması çox sevindirici haldır. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu münasibətlərin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bugünədək ölkələrimiz arasında 108-dən çox ikitərəfli dövlət və hökumət sənədləri imzalanıb. Bu da Azərbaycan ilə Gürcüstan arasında siyasi dialoqun çox yüksək səviyyədə olduğunun göstəricisidir. Dövlətlərimizin ticarət əlaqələrindən söz açan Oqtay Əsədov 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 545 milyon dollardan çox olduğunu deyib. 2018-ci ilin yeddi ayı ərzində isə bu göstərici 392 milyon dollardan çoxdur.
Oqtay Əsədov qeyd edib ki, Azərbaycan və Gürcüstanın Avropanın enerji təhlükəsizliyində çox böyük rolu var. Hər iki ölkə regional layihələrin iştirakçısıdır. Milli Məclisin sədri hər iki dövlətin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, Bakı-Tbilisi–Qars dəmir yolu və digər regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb. O, həmçinin SOCAR-ın Gürcüstandakı fəaliyyətinə də toxunub. Milli Məclisin sədri minə yaxın Azərbaycan şirkətinin Gürcüstanda, 300-ə yaxın Gürcüstan şirkətinin isə ölkəmizdə çalışdığını deyib.
Parlamentlərarası əlaqələrin məmnunluq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini təqdirəlayiq hesab edib. O, eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsini yüksək qiymətləndirib.
Baş nazir Mamuka Baxtadze bildirib ki, Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığına görə fəxr edir. Qonaq qeyd edib ki, bizim əcdadlarımız bu əlaqələrin təməlini qoyub və bu dostluq əsrlər boyudur davam edir. Azərbaycan və Gürcüstan birlikdə tarixi əhəmiyyət daşıyan layihələri icra edib. Baş nazir deyib ki, iqtisadi potensialdan daha səmərəli istifadə üçün qarşıya müəyyən məqsədlər qoyulub.
Gürcüstanın parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyən Mamuka Baxtadze bu münasibətlərin vacibliyini qeyd edib. Azərbaycan-Gürcüstan əməkdaşlığının əhəmiyyətinə toxunan Baş nazir ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin daha da artırılmasının vacibliyini xüsusi vurğulayıb. “Biz Gürcüstanda olan azad ticarət rejimindən istifadə edərək birgə müəssisələr, şirkətlər yarada bilərik”,- deyə Mamuka Baxtadze söyləyib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info