Baş nazirlər ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Tarix: 30.08.2018 | Saat: 23:43:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov avqustun 30-da ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin təkbətək görüşü keçirilib.
Sonra Baş nazir Novruz Məmmədovun və Baş nazir Mamuka Baxtadzenin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycanın Baş naziri Novruz Məmmədov Mamuka Baxtadzeni Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Azərbaycan-Gürcüstan əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini bildirən Novruz Məmmədov qeyd edib ki, Gürcüstanın Baş naziri təyin olunmasından qısa müddət sonra Mamuka Baxtadzenin Azərbaycana səfər etməsi dost ölkələrimiz arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunun göstəricisidir.
Baş nazir Novruz Məmmədov Azərbaycanın Gürcüstan ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq deyib: “Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini daha da genişləndirmək qarşımızda duran əsas vəzifədir. Hesab edirəm ki, Sizin bu səfəriniz Azərbaycan-Gürcüstan münasibətlərinin bütün sahələrdə daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq”.
Novruz Məmmədov Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin və ölkələrimizin iştirakı ilə reallaşdırılan strateji layihələrin regionun inkişafında və bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan Baş nazir Novruz Məmmədov bildirib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu, Azərbaycanın prinsipial mövqeyidir.
Gürcüstanın Baş naziri Mamuka Baxtadze də öz növbəsində, Novruz Məmmədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri vəzifəsində Azərbaycanda dəfələrlə olduğunu xatırladan Mamuka Baxtadze Gürcüstanın Baş naziri kimi Bakıya səfər etməsindən qürur hissi keçirdiyini qeyd edərək deyib: “Hər səfərimdə Bakının daha da gözəlləşdiyinin şahidi oluram. Azərbaycanın uğurları bizi çox sevindirir”.
Gürcüstanın Baş naziri səfər çərçivəsində bir sıra görüşlər keçirdiyini, səmərəli müzakirələrin aparıldığını diqqətə çatdıraraq bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar, iki ölkə arasında möhkəm və tarixi köklərə əsaslanan dostluq münasibətləri mövcuddur. Bu əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar var.
Söhbət zamanı kənd təsərrüfatı, turizm, sərmayə qoyuluşu, həmçinin idman, təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info