Moskvada Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat-konfransı keçirilib
Tarix: 31.08.2018 | Saat: 01:00:00 | E-mail | Çapa göndər



Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri ərəfəsində Moskvanın “İnterfaks” agentliyində Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbəri Konstantin Simonov, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Klıkanov, politoloq və tarixçi Oleq Kuznetsov iştirak ediblər. Qeyd olunub ki, Azərbaycanla Rusiya arasında bütün istiqamətlərdə əlaqələr sürətlər inkişaf edir. Münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün bütün imkanlar var və Rusiya-Azərbaycan əlaqələri qonşu ölkələr üçün nümunə olmalıdır.
Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Rusiya ilə Azərbaycan arasında siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafından danışaraq bu günlərdə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını mühüm hadisə adlandırıb. O qeyd edib ki, bu Konvensiya Xəzəryanı ölkələr arasında əlaqələrin, o cümlədən hərbi əməkdaşlığın möhkəmlənməsinə, enerji təhlükəsizliyinin təmin olunmasına kömək edəcək. Politoloqun fikrincə, Konvensiyanın imzalanması Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşımaların artırılmasına, eləcə də Xəzərin bioehtiyatlarından səmərəli istifadə olunmasına təkan verəcək. Hazırda Rusiya-Azərbaycan-Türkiyə əməkdaşlığının gücləndirilməsi üçün yaxşı zəmin var. Üç ölkənin prezidentləri arasında dostluq əlaqələri bunun mümkünlüyündən xəbər verir. S.Markov ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkədə rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsində xüsusi rolundan danışıb.
Rusiya Dövlət Dumasının deputatı Aleksandr Klıkanov Azərbaycan və Rusiyanın regionları arasında əlaqələrdən danışaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiya Federasiyasının Həştərxan vilayətində böyük işlər görüldüyünü vurğulayıb. Xatırladıb ki, Həştərxanda ümummilli lider Heydər Əliyevin abidəsi, Ulu Öndərin adını daşıyan orta məktəb, uşaq bağçası, park salınıb, Knyaz Vladimirin abidəsi ucaldılıb, eləcə də Azərbaycanda və Rusiyada biznes mərkəzləri açılıb.
Oleq Kuznetsovun fikrincə, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü iki lider arasında əvvəllər keçirilmiş görüşlərin məntiqi davamıdır. Politoloq deyib ki, Ermənistandakı daxili qeyri-sabitlik regionun təhlükəsizliyini sual altına alır. Cənubi Qafqazın təhlükəsizliyi təkcə Azərbaycan üçün deyil, Rusiya üçün də olduqca vacibdir. “Bu baxımdan düşünürəm ki, iki liderin görüşündə bu məsələ də müzakirə olunacaq”, - deyə tarixçi vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info