“Qarabağ” klubu “Şerif”in qapısından üç cavabsız top keçirib
Tarix: 31.08.2018 | Saat: 05:26:00 | E-mail | Çapa göndər



Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb. Beləliklə, iki oyunun nəticəsinə görə 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi tarixində dördüncü dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü avqustun 31-də atılacaq.

22:13
Qarşılaşmanın 55-ci dəqiqəsində Filip Ozobiç cərimə meydançasının kənarından qüvvətli zərbə ilə “Qarabağ”ın üçüncü topunu “Şerif”in qapısından keçirib.

21:49
Görüşün ilk hissəsi Ağdam təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb

21:43
Matçın 42-ci dəqiqəsində “Qarabağ” komandası “Şerif” klubunun qapısından ikinci topu keçirib. Filip Ozobiçin künc zərbəsindən hava ötürməsini Donald Gerye başla dəqiq tamamlayıb – 2:0.

21:10
“Qarabağ” komandası erkən qolla oyunda hesabı açıb.
Matçın 9-cu dəqiqəsində Abdellah Zubirin ötürməsindən sonra Maksim Medvedev dəqiq zərbə ilə oyunda hesabı açıb – 1:0.

21:00
Avqustun 30-da Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində cavab matçında Moldovanın “Şerif” komandası ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda “Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Simeon Slavçev, İnnosent Emeqara, Mahir Mədətov, Rəşad Sadıqov, Abdellah Zubir, Filip Ozoviç, Bədəvi Hüseynov, Donald Qerrye yer alıblar.
“Şerif”in ilk onbirliyində isə meydana Sergey Paşenko, Jo Santos, Kristiano, Georqi Anton, Petru Raku, Vladimir Kovaçeviç, Ziqi Badibanqa, Mateo Suşiç, Rifet Kapiç, Viçeslav Posmak və Aleksander Boyçuk çıxıblar.
Oyunu Makedoniyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Aleksander Stavrevdir. Ona yan xətt hakimləri Maryan Kirovski, Deyan Kostadinov kömək edirlər. Qarşılaşmada dördüncü hakim funksiyasını Dimitar Meçkarovski yerinə yetirir. Matçın hakim-inspektoru belçikalı Yohan Verbist, UEFA nümayəndəsi latviyalı Yevgeni Milevskidir.
“Qarabağ” bugünkü oyuna itkilərlə çıxıb. Miçel və Dani Kintana zədə üzündən meydanda olmayacaqlar. “Şerif”in heyətində isə zədəli futbolçu yoxdur.
Bu komandalar arasında Moldovada keçirilmiş ilk görüş “Şerif” komandasının minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, iki oyunun nəticəsinə görə üstün olan komanda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələcəyi təqdirdə bu uğura dördüncü dəfə nail olacaq.
Hər iki komanda mübarizəyə UEFA Çempionlar Liqasından başlayıb. “Şerif” II təsnifat mərhələsində Makedoniyanın “Şkendiya” klubuna iki oyunun nəticəsinə əsasən məğlub olub.
“Qarabağ” isə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu, ikinci mərhələdə isə Albaniyanın “Kukesi” komandasını mübarizədən kənarlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsində BATE (Belarus) səddini keçə bilməyərək UEFA Avropa Liqasında mübarizə aparmalı olublar.
Azərbaycan və Moldova çempionları ötən mövsüm UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində də üz-üzə gəliblər. Həmin vaxt Bakıda qolsuz heç-heçə qeydə alınıb. Tiraspolda oynanılan səfər görüşündə “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info