Naxçıvanda məktəbli yarmarkası keçirilir
Tarix: 31.08.2018 | Saat: 15:51:00 | E-mail | Çapa göndər



Naxçıvan Muxtar Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda ənənəvi məktəbli yarmarkası təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov muxtar respublikada bütün sahələr kimi, təhsilin də dövlət qayğısı ilə əhatə olunduğunu, 200-dən çox məktəb binasının tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verildiyini deyib. Təhsil sistemində aparılan islahatlar təkcə məktəb tikintisi ilə yekunlaşmayıb, təhsil müəssisələrinin maddi-texniki bazaları da gücləndirilib, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunub.
“Muxtar respublikada şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə təminatı da diqqətdə saxlanılır. Hər il məktəbli yarmarkalarının təşkil edilməsi bu istiqamətdə atılan mühüm addımdır. Bu, yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə daha asan şəkildə təmin edilmələrində mühüm rol oynayır”, – deyən Rəhman Məmmədov vurğulayıb ki, yarmarkada məktəbli geyimləri ilə yanaşı, lazım olan bütün dərs ləvazimatlarının, ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer ayrılıb. Buradan lüğət, dünya uşaq ədəbiyyatı nümunələri, bədii və elmi ədəbiyyatlar da əldə etmək mümkündür.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxışında bildirib ki, bu gün muxtar respublikada məktəbli geyimləri, köynək, ayaqqabı istehsal edən yüngül sənaye müəssisələri fəaliyyət göstərir. Üçü istehsal müəssisəsi olmaqla, 20 sahibkarlıq subyektinin iştirak etdiyi budəfəki yarmarkada da məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur. Satılan bütün məhsulların qiymətinə İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi nəzarət ediləcək.
Sonra yarmarkaya gələnlər satışa çıxarılan məhsullarla tanış olublar. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanıb.
Qeyd edək ki, məktəbli yarmarkası muxtar respublikanın bütün bölgələrində təşkil olunur və sentyabrın 16-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info