Qubadlılılar tezliklə doğma yurda qayıdacaqlarına əmindirlər
Tarix: 31.08.2018 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Qubadlıdan olan məcburi köçkünlər ötən 25 il ərzində torpaq həsrəti ilə yaşayıblar. Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi sahəsində kompleks tədbirlər həyata keçirsə də, onlar doğma yurda qayıtmaq istəyi ilə yaşayırlar. Qubadlılılar əmindirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacaqları gün uzaqda deyil. AZƏRTAC xəbər verir ki, bu fikir Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar avqustun 31-də keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə “Şəhidlər xiyabanı”nı ziyarət edib, qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüblər.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov zəngin tarixə malik Qubadlının işğalının 25-ci ilinin tamam olduğunu qeyd edərək deyib: “Biz bir ümidlə yaşayırıq ki, tezliklə torpaqlarımız işğaldan azad ediləcək və biz qələbə gününü sizinlə bir yerdə qeyd edəcəyik”.
Bildirilib ki, zəngin tarixi olan rayonun bütün əmlakı erməni işğalçıları tərəfindən talan edilib, 1 şəhər, 93 kənd tamamilə dağıdılıb, evlər, ictimai binalar yandırılıb, salamat qalanlar isə sökülərək Ermənistana daşınıb. Qəbiristanlıqlar, tarixi-mədəni abidələr, rayon mərkəzində fəaliyyət göstərən və maraqlı eksponatlarla zəngin olan Tarix-Diyarşünaslıq Muzeyi məhv edilib. Ümumilikdə rayona 1,5 milyard dollar ziyan dəyib.
Qubadlı ərazisi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də, o zamanlar burada təkcə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə qorunan 50-ə yaxın abidə qeydə alınmışdı.
Vurğulanıb ki, düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxın ağır yaralanıb, 211 rayon sakini əlil olub, 100 nəfərdən çox insan itkin düşüb. 11 nəfər Milli Qəhrəman adına layiq görülüb. Hazırda 37 min 800 nəfərdən artıq Qubadlı əhalisi respublikamızın 41 rayonunda məcburi köçkün ömrü yaşayır. Rayon əhalisinin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Harada məskunlaşmasından asılı olmayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir. Bu isə əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür.
Malik İsaqov qeyd edib ki, orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir: “Bu gün Azərbaycan Silahlı Qüvvələrində quruculuq prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Azərbaycan Ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də işğal olunmuş ərazilərimizi çox az müddətdə düşməndən azad etməyə qadirdi”.
Xüsusilə qeyd olundu ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən Aprel döyüşlərində fərqlənən rayon sakinləri Həmidov Şükür Nəriman oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Bərxudarov Mais Şükür oğluna general-mayor hərbi rütbəsi verilib, Qasımov Faiq Qaçay oğlu isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Diqqətə çatdırılıb ki, bu ilin mayında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya, Qaraqaya dağı işğaldan azad olunub. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində 11 min hektar ərazi işğaldan azad olunub. Ordumuzun bu qələbələri rayon sakinlərində əminlik yaradır ki, yaxın gələcəkdə torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, 25 il ərzində Vətən həsrəti ilə məcburi köçkünlük ömrü yaşayan Qubadlı əhalisi bütün çətinliklərə baxmayaraq, Azərbaycanda vüsət almış quruculuq işlərində fəal iştirak ediblər.
Rayon sakinləri Ermənistanın təcavüzkar siyasətinə beynəlxalq güclərin kifayət qədər təzyiq göstərməməsinin təəssüf hissi doğurduğunu diqqətə çatdırıblar.




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Quba rayonunda baş vermiş yanğın söndürülüb
21.08.2019
Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi yaradılıb
20.08.2019
Şəkidə arıçılara 160 min manatadək subsidiya ödənilib
20.08.2019
Masallı rayon ağsaqqallar Şurasının yığıncağında
20.08.2019
Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri davam etdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info