“Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi uğurla yekunlaşıb
Tarix: 31.08.2018 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi çərçivəsində “Azərbaycanın turizm potensialının internet vasitəsilə təbliği” adlı kitabça çap edilib. Kitabçada adıçəkilən layihə çərçivəsində keçirilmiş tədbirlər, layihənin icrası nəticəsində əldə edilmiş ideyalar və eləcə də layihənin mövzusu ilə bağlı məsələlərə analitik baxışlar əksini tapıb. Bir sıra ekspertlərin Azərbaycan turizminin internet vasitəsilə təbliği barədə fikirlərini əks etdirən kitabçanın yeni media və turizm sahələri üzrə ekspertlər, diaspor nümayəndələri, habelə gənclər təşkilatları və QHT-lər, eləcə də müvafiq qurumlar arasında paylanması nəzərdə tutulub.
Qeyd edək ki, kitabçanın çap edilməsi ilə “Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi uğurla yekunlaşıb. Layihə çərçivəsində kitabça çapı ilə yanaşı, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak”, “Xarici internet mediada Azərbaycan turizminin təbliğinə həsr edilmiş kəsərli məqalələrlə çıxış”, “Azərbaycan turizminin təbliği naminə effektli bloqçuluq”, həmçinin İsmayıllıda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak” mövzularında 4 müxtəlif təlim keçirilib. Təlimlər əsasən, ingilis dilində təhsil alan gənclər və gənc jurnalistlər, sosial şəbəkələrdə aktiv və ya “vətəndaş jurnalistikası” ilə məşğul olan, xarici dil bilən gənclərin Azərbaycan turizminin təbliği ilə bağlı bilik və araşdırma bacarıqlarını artırmaq məqsədilə keçirilib. Təlimlərdə gənclərə Azərbaycan turizminin dünyada təqdimatı mövzusunda məlumat verilib, mənbələr göstərilib, bu sahədə sosial şəbəkələrdə effektiv statuslarla çıxış etmək qaydaları aşılanıb. Təlimləri bitirmiş gənclərə sertifikatlar verilib. Bundan əlavə, layihə çərçivəsində “Yenimedia.info” saytı bu sahəyə aid yazılarla fəaliyyət göstərməsi üçün təkmilləşdirilib və ekspert açıqlamaları ilə yenilənməkdədir.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info