Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə olunub
Tarix: 31.08.2018 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


"VI Çin-Avrasiya" Sərgisi çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə edilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Çinin Urumçi şəhərində keçirilən "VI Çin-Avrasiya" Sərgisində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsullarına sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən böyük maraq göstərilir.
Sərgi çərçivəsində Azərbaycan şərabının və digər spirtli içkilərin Çinə ixracına dair "Göygöl Şərab Zavodu" ASC və Çin şirkətləri arasında müzakirələr aparılıb, "Ayan" şirkəti ilə Azərbaycan limonadının ixracına dair razılığa gəlinib. Azərbaycanda istehsal olunan bir çox məhsullar kimi zeytun yağı da sərgidə iştirak edən xarici şirkətlərin diqqətini cəlb edib və 10 ton zeytun yağının Çinə ixracına dair "Azərsun Holding" şirkəti ilə razılıq əldə olunub.
Bundan başqa, Çinin "İxlas" distribüter şirkəti ilə Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan "Konfiron" MMC arasında danışıqlar aparılıb və ilkin razılaşma əldə olunub. Çinin "Hans Zhou", "TIAN SHENG HOLDINGS", "BEIJING REVIEW" kimi şirkətləri isə Azərbaycan fındığına böyük maraq göstərib və bu şirkətlərlə "Azhazelnut" şirkəti arasında ixraca dair danışıqlar aparılıb.
Qeyd edək ki, avqustun 30-da Çinin Urumçi şəhərində başlayan "VI Çin-Avrasiya" Sərgisində Azərbaycan məhsulları İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info