“Qarabağ”ın rəqibləri məlum oldu - “Arsenal”, “Sportinq” və “Vorskla”
Tarix: 31.08.2018 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Avqustun 31-də UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Monakoda keçirilən mərasimdə Avropanın 48 komandası hər birində 4 komanda olmaqla 12 qrupa bölünüb. “Qarabağ” klubu “Arsenal” (London, İngiltərə), “Sportinq” (Lissabon, Portuqaliya) və “Vorskla” (Poltava, Ukrayna) komandaları ilə birlikdə “E” qrupunda mübarizə aparacaq. Püşkatmanın nəticələri aşağıdakı kimidir:

“A” qrupu: “Bayer” (Almaniya), “Lüdoqorets” (Bolqarıstan), “Sürix” (İsveçrə), AEK (Larnaka, Kipr).

“B” qrupu: “Zaltsburq” (Avstriya), “Seltik” (Şotlandiya), “Leypziq” (Almaniya), “Rusenborq” (Norveç).

“C” qrupu: “Zenit” (Rusiya), “Kopenhagen” (Danimarka), “Bordo” (Fransa), “Slaviya” (Praqa, Çexiya).

“D” qrupu: “Anderlext” (Belçika), “Fənərbağça” (Türkiyə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Spartak” (Trnava, Slovakiya).

“E” qrupu: “Arsenal” (London, İngiltərə), “Sportinq” (Lissabon, Portuqaliya), “Qarabağ” (Azərbaycan), “Vorskla” (Poltava, Ukrayna).

“F” qrupu: “Olimpiakos” (Yunanıstan), “Milan” (İtaliya), “Betis” (İspaniya), “Düdelanj” (Lüksemburq).

“G” qrupu: “Vilyarreal” (İspaniya), “Rapid” (Vyana, Avstriya), “Spartak” (Moskva, Rusiya), “Reyncers” (Şotlandiya).

“H” qrupu: “Latsio” (İtaliya), “Marsel” (Fransa), “Ayntraxt” (Frankfurt, Almaniya), “Apollon” (Kipr).

“İ” qrupu: “Beşiktaş” (Türkiyə), “Genk” (Belçika), “Malmö” (İsveç), “Sarpsborq” (Norveç).

“J” qrupu: “Sevilya” (İspaniya), “Krasnodar” (Rusiya), “Standard” (Lyej, Belçika), “Akhisar Belediyespor” (Türkiyə).

“K” qrupu: “Dinamo” (Kiyev, Ukrayna), “Astana” (Qazaxıstan), “Renn” (Fransa), “Yablonets” (Çexiya).

“L” qrupu: “Çelsi” (İngiltərə), PAOK (Yunanıstan), BATE (Borisov, Belarus), “Videoton” (Macarıstan).

Püşkatma mərasimindən əvvəl UEFA Avropa Liqasının 2017-2018-ci illər mövsümünün ən yaxşı futbolçusunun adı açıqlanıb. Bu ad uğrunda Dieqo Qodin, Antuan Qrizman (hər ikisi “Atletiko”, İspaniya) və Dimitri Payet (“Marsel”, Fransa) mübarizə aparıblar. Bu nominasiyaya Fransa milli komandasının hücumçusu Antuan Qrizman layiq görülüb. Püşkatmanın daha bir özəlliyi mərasimə ilk dəfə azərbaycanlı futbol səfiri Vəli Qasımovun da qatılması olub. 2018-2019-cu il mövsümündə Avropa Liqasının final qarşılaşması Bakıda keçiriləcəyi üçün veteran futbolçu püşkatma zamanı səhnədə olub.
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına sentyabrın 20-da start veriləcək.
Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info