Yeni nəsil şəxsiyyət vəsiqələrində “Elektron imza” sertifikatları yerləşdirilib
Tarix: 31.08.2018 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır. Təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olan yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdirilib. Yeni vəsiqələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən “Elektron imza” sertifikatları ilə təmin edilib. Bu sertifikatların biri identifikasiya (tanınma) üçün nəzərdə tutulub. Yəni yeni vəsiqələr internet mühitində də vətəndaşın kimliyini müəyyən edəcək.
İkinci sertifikat isə vətəndaşa istənilən yerdən sənəd mübadiləsi aparmaq üçün elektron imzalama üstünlüyü verir. Qanunvericiliyə uyğun olaraq, 10-15 yaşlı vətəndaşların vəsiqələrinə kimliyin identifikasiyası üçün yalnız bir sertifikat, yaşı 15-dən yuxarı olan vətəndaşların vəsiqələrində isə iki sertifikat – həm identifikasiya, həm də imzalama sertifikatı mövcud olacaq.
“Elektron hökumət” portalına giriş, həmçinin buradakı xidmətlərdən istifadə etmək üçün məhz yeni şəxsiyyət vəsiqələrindən yararlanmaq mümkündür. Tərkibində “Elektron imza” sertifikatları olan bu vəsiqələrdən bank, səhiyyə xidmətlərindən istifadə və “Elektron ticarət” zamanı da yararlanmaq mümkün olacaq. Yeni nəsil şəxsiyyət vəsiqələrindəki “Elektron imza” sertifikatları 5 il müddətində etibarlıdır. Bu müddət başa çatdıqdan sonra vətəndaşın müraciəti əsasında müddət növbəti 5 ilə qədər uzadıla bilər. Məlumat üçün bildirək ki, yeni nəsil elektron şəxsiyyət vəsiqələri 10 il müddətinə verilir. Vəsiqələrdən elektron imzalama zamanı istifadə etmək üçün lazımi proqramlar kompüterə yüklənərək kartoxuyucu vasitəsilə e-id kart kompüterlə əlaqələndirilməlidir. Proqramları www.eid.az saytından yükləyə və yükləmə təlimatı ilə tanış ola bilərsiniz. “Elektron imza” sertifikatının istifadəsi ilə bağlı yaranan istənilən sualla əlaqədar “157” Çağrı Mərkəzinə müraciət etmək mümkündür. Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub
16.08.2019
Əmək müqaviləsinin olmadığına görə hansı cərimələr tətbiq edilir?
16.08.2019
Evini kirayə verən vergiödəyicisidirsə 14 faiz vergi ödəməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Azərbaycan polisi ictimai sabitliyin keşiyindədir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info