Prezidentin İsmayıllıya səfəri bölgənin sosial-iqtisadi inkişafına güclü təkan verəcək
Tarix: 31.08.2018 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin İsmayıllıya son səfəri zamanı rayonun sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyətə malik olan istehsal və xidmət obyektlərinin açılışı, dövlətimizin başçısının sakinlərlə görüşləri, səfərdən sonra imzaladığı sərəncamlar rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Bu tarixi səfər və onun nəticələri hələ uzun illər insanların yaddaşından silinməyəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər avqustun 31-də İsmayıllıdakı mədəniyyət mərkəzində Prezident İlham Əliyevin rayona tarixi səfərinə, səfər zamanı dövlətimizin başçısının verdiyi tapşırıqlarla əlaqədar qarşıda duran vəzifələrə həsr edilən fəallar yığıncağında səsləndirilib.
Əvvəlcə tədbirdə Prezidentin rayona tarixi səfərlərini əks etdirən film təqdim olunub.
Sonra rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrası ilə bağlı çıxış edib, müxtəlif istiqamətlər üzrə hazırlanan fəaliyyət proqramlarından və planlardan danışıb. Qeyd edib ki, bir sıra kəndlərə qaz çəkilişi, istehsal, sosial və təhsil obyektlərinin, yolların tikintisi ilə bağlı ilkin layihə işlərinə, torpaq ayrılmasına başlanıb. Əminliklə bildirib ki, Prezidentin Sərəncam, tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələr layiqincə, vaxtında icra olunacaq.
Vurğulanıb ki, Prezident İlham Əliyev avqustun 25-26-da İsmayıllıya səfəri zamanı bir sıra obyektlərin, o cümlədən Muğanlı-İsmayıllı-Mingə-Keyvənd-Şəbiyan-Bəhliyan və Kürdmaşı-Kəlbənd-Girk avtomobil yollarının, “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, “Azərxalça” MMC-nin İsmayıllı filialının, “Azərişıq” ASC-nin yenidən qurulan 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyasının açılışları olub.
Dövlətimizin başçısı birinci xanım Mehriban Əliyeva ilə birgə sənətkarlar məkanı olan Lahıc qəsəbəsində Dəmirçi-Lahıc avtomobil yolunun, 400 yerlik məktəb binasının, qəsəbəyə təbii qazın verilməsinin açılışlarında iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb.
Bildirilib ki, avqustun 27-də İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yeni uşaq bağçasının, həmçinin rayonda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı sərəncamların imzalanması dövlətimizin başçısının İsmayıllıda, ümumən regionlarda sosial-iqtisadi infrastrukturun möhkəmləndirilməsinə, insanlara qarşı diqqət və qayğısına bariz nümunədir.
Deputatlar Novruz Aslanov, Tahir Kərimli, professor Qafar Cəbiyev, ədliyyə veteranı Rəsul Səfərov, “Azərxalça” ASC-nin sədri Vidadi Muradov, “Azəriqaz” Ağsu Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov, “AZZA AQRO” MMC-nin icraçı direktoru Nəriman Hüseynov və iş adamı, istifadəyə verilmək ərəfəsində olan “Bədo” sanatoriyasının sahibi Məzahir Həsənov fəallar yığıncağında çıxış edib, Prezident İlham Əliyevin səfərinin bölgənin sosial-iqtisadi inkişafına güclü təkan verəcəyini söyləyib, dövlətimizin başçısının İsmayıllı ilə bağlı imzaladığı Sərəncam, tapşırıq və tövsiyələrin icrası üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Yığıncaqda müzakirə olunan məsələ ilə əlaqədar hazırlanan fəaliyyət istiqamətlərinə dair proqramlar və tədbirlər planı təsdiqlənib.
Fəallar yığıncağının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info