Gürcüstan Ermənistana avtomobil yolu ilə taxıl daşınmasına qadağa qoyulub
Tarix: 01.09.2018 | Saat: 00:58:00 | E-mail | Çapa göndər



Sentyabrın 1-dən Rusiyadan Ermənistana avtomobil yolları ilə yük daşınmasına, xüsusən də taxıl və taxıl məhsullarının daşınmasına qoyulan məhdudiyyətlər qüvvəyə minir.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin 2018-ci il 21 avqust tarixli əmrinə əsasən, bu ölkənin gömrük ərazisinə taxıl və taxıl məmulatlarının gətirilməsi və çıxarılması, yəni tranziti yalnız Gürcüstanın dəniz limanları və dəmir yolları vasitəsilə həyata keçirilə bilər. Yalnız ciddi zərurət yarandığı halda avtomobillə məhdud miqdarda yük daşınmalarına yol verilə bilər.
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev məsələni AZƏRTAC-a şərh edərkən deyib: “Gürcüstanda iqtisadiyyatın şaxələndirilərək inkişaf etdirilməsi üçün çox mühüm qərarlar qəbul olunur, tədbirlər görülür. İnkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri də turizmdir. Lakin bəzi məsələlər səbəbindən bu sahədə ciddi problemlər yaranıb. Hökumət həmin problemlərin kompleks həlli ilə bağlı ciddi addımlar atır. Avtomobil yolları ilə tranzit daşınmalarının məhdudlaşdırılması da bu tədbirlərin bir hissəsidir”.
Deputatın sözlərinə görə, son təhlillər göstərir ki, hər ay Rusiyadan gələn təxminən 3000 yüklü avtomobil Gürcüstan ərazisindən keçməklə Ermənistana gedir. Eyni zamanda, o qədər də boş avtomobil geri qayıdır. Bu da sərhəd keçid məntəqəsində çox ciddi gecikmələr, tıxaclar yaradır və bundan inciyən, bezən minlərlə turist Gürcüstana gəlməkdən imtina edir. Onların böyük əksəriyyəti sərhəddən geri qayıdır. Bu da öz növbəsində Gürcüstanın turizmdən əldə olunan gəlirlərinin əsaslı surətdə azalmasına səbəb olur. Gürcüstan hökuməti beynəlxalq təcrübəyə əsaslanaraq avtomobil yolları ilə daşınmalara qadağa qoyub. Burada qanunazidd heç nə yoxdur.
M.Dərziyev deyib ki, Rusiyadan Ermənistana yük daşınmaları bundan sonra dəmir yolu və dəniz limanları vasitəsilə həyata keçirilməlidir. Ermənistan tərəfi Gürcüstan hökumətinin bu qərarını anlayışla qarşılamalıdır.
Deputat bildirib ki, Gürcüstan Maliyyə Nazirliyinin bu qərarı hərbi yol kimi tanınan Yuxarı Lars yoluna alternativ başqa yolun açılmasına əsas verə bilməz. “Gürcüstan hökumətinin qərarı Abxaziyadan keçən dəmir yolunun açılmasına səbəb ola bilməz. Abxaziya üzərindən dəmir yolunun açılması barədə söz-söhbətlər əsassızdır”, - deyə M.Dərziyev vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Ermənistan tərəfi artıq Gürcüstan hökumətinin qərarından narahatçılığını bildirib. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov gürcü həmkarı Giorgi Volskiyə zəng edərək narahatçılığını ifadə edib. Bu qərarın Ermənistanda narahatlıq yaratdığını bildirib. Onun sözlərinə görə, Gürcüstan hökumətinin qərarı erməni əhalisinin rifahına birbaşa təsir edəcək.
Şarmazanov bu məsələni Gürcüstan hökumətinin və parlamentinin nümayəndələri ilə müzakirə etməyi təklif edib. Lakin Gürcüstan tərəfi Ermənistana cavab verməyib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info