Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycana səfər edəcək
Tarix: 01.09.2018 | Saat: 01:07:00 | E-mail | Çapa göndər



Yaponiyanın xarici işlər naziri Taro Kono sentyabrın 5-6-da Azərbaycana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 31-də Yaponiya Xarici İşlər Nazirliyində təşkil edilən mətbuat konfransında məlumat verilib.
Yaponiya Xarici İşlər Nazirliyinin Avropa bürosunun Mərkəzi Asiya və Qafqaz divizionunun direktoru Mikito Tomiyama deyib ki, sentyabrın 2-də nazir Taro Kononun Cənubi Qafqaza və oradan Almaniyaya səfəri gözlənilir. Bildirib ki, nazir əvvəlcə Yerevanda və Tbilisidə olacaq, sentyabrın 5-də isə Bakıya gedəcək. Bu, Yaponiya xarici işlər nazirinin Ermənistana və Gürcüstana ilk, Azərbaycana isə 1999-cu ildə baş tutan səfərindən sonra ikinci səfəridir.
Regiona səfərin məqsədi həmin ölkələrlə Yaponiya arasında ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməkdir. Yaponiya bu ölkələrdə sabitliyin davamlı olmasında, demokratiya və iqtisadiyyatın inkişafında maraqlıdır.
Cənubi Qafqaz regionuna Avropa ölkələrinin marağının da artdığına diqqət çəkən M.Tomiyama ötən həftə Almaniyanın Federal Kansleri Angela Merkelin və ayın ortalarında isə İtaliya Prezidenti Sercio Mattarellanın buraya səfərlərini xatırladıb.
Region ölkələri arasında Azərbaycanı nümunə kimi göstərən direktor bu ölkənin enerji mənbələri və kimyəvi məhsullar baxımından çox zəngin bir yer olduğunu vurğulayıb, Yaponiyanın da gələcəkdə həmin enerji resurslarından istifadəsinin mümkünlüyünü qeyd edib.
Yaponiyanın regionun ən güclü dövləti olan Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edən M.Tomiyama nazirin Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyini bildirib. Həmin görüşlərdə ikitərəfli əməkdaşlığın hazırkı durumu və gələcək perspektivləri müzakirə ediləcək. Qeyd edib ki, Azərbaycandakı yapon şirkətlərinin fəaliyyəti də səfər çərçivəsində diqqət mərkəzində olacaq. Çünki bu şirkətlər iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayırlar.
T.Kono Bakıda görüşlərini başa çatdırdıqdan sonra Almaniyaya səfərə yollanacaq.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info