Almaniyada neft emalı zavodunda güclü yanğın olub
Tarix: 01.09.2018 | Saat: 18:35:00 | E-mail | Çapa göndər



Almaniyada “Bayernoil” neft emalı zavodunun ərazisində baş verən partlayış və güclü yanğın nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ətrafa yayılan qatı tüstü səbəbindən Vohburg an der Donau şəhərindən 1800 nəfər təxliyə olunub. Hazırda tüstülənmə davam edir. Regionda yaşayan əhaliyə qapı və pəncərələri kip bağlamaq tövsiyə edilib. Yanğının baş verdiyi əraziyə aparan yollar bağlanılıb, hadisə yerində 300 xilasedici fəaliyyət göstərir.
Polisin məlumatına əsasən, sentyabrın 1-də səhər saatlarında şəhərin şərqində yerləşən neft emalı zavodunun ərazisində məlum olmayan səbəblərdən partlayış, ardından isə maye qaz və benzinin saxlandığı anbarda yanğın baş verib. Yanğının söndürülməsi üzrə əməliyyat davam edir.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Bakıda evdə odun sobası partladı
21.02.2019
Türkiyədə zəlzələ baş verib
20.02.2019
Ankarada hərbi məktəbdə partlayış baş verib
20.02.2019
Enerji gəlirlərindən düzgün istifadə sayəsində əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq
20.02.2019
Sabunçuda məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info