Fəaliyyətimizin əsas məqsədi ərazilərimizin işğaldan azad edilməsinə hazırlıqdır
Tarix: 01.09.2018 | Saat: 19:10:00 | E-mail | Çapa göndər



Sentyabrın 1-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər vəzifəli şəxslər cəlb olunub.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuz qarşısında qoyduğu tapşırıqları bir daha müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri xüsusi olaraq vurğulayıb ki, ordu quruculuğu istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin və ümumilikdə bütün fəaliyyətimizin əsas məqsədi ərazilərimizin işğaldan azad edilməsinə hazırlıqdır
Qoşunlarda aparılan intensiv döyüş hazırlığı, gündəlik fəaliyyət və döyüş işinin təşkili, xidməti və döyüş fəaliyyətinin hərtərəfli təminatı, əməliyyat hazırlığı tədbirlərinin planlaşdırılması, həmçinin cəbhə bölgəsində yerləşən və qoşunların digər dislokasiya yerlərindəki cari vəziyyəti təhlil edən nazir müvafiq göstərişlər verib.
Eyni zamanda, general-polkovnik Z.Həsənov müxtəlif səviyyəli təlimlərin, planda nəzərdə tutulan digər vacib tədbirlərin təşkili və keçirilməsi, o cümlədən şəxsi heyətin, maddi-texniki vasitələrin, xüsusilə dağlıq ərazilərdə yerləşən postların və mövqelərin qış mövsümünə hazırlığının aparılması ilə bağlı tapşırıqları da müəyyən edib.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Strasburqda Azərbaycanda aparılan islahatlara həsr olunmuş tədbir keçirilib
26.06.2019
NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
26.06.2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb
25.06.2019
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb
25.06.2019
İcma sədri Ermənistan XİN rəhbərinə cavab verib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info