SOCAR Türkiyədəki neft emalı zavoduna Rusiya neftinin təchizatı üçün “Rosneft”lə Kontrakt imzalayıb
Tarix: 01.09.2018 | Saat: 21:33:00 | E-mail | Çapa göndər



SOCAR Türkiyədəki neft emalı zavoduna (NEZ) Rusiya neftinin təchizatına dair “Rosneft”lə Kontrakt imzalayıb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Kontrakt” imzalanıb. Sənədi “Rosneft”in baş icraçı direktoru İqor Seçin və SOCAR-ın prezidenti Rövnəq Abdullayev imzalayıb. Kontrakt SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavoduna Rusiya neftinin təchiz olunmasını nəzərdə tutur.
Sənəd bu il avqustun 23-də imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalanıb. Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən 1 il ərzində zavodun 1 milyon ton neftlə təchiz olunması planlaşdırılır.
“Star” zavodunun Rusiya nefti ilə təchiz olunmasına dair imzalanan bu kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün təminat yaradacaq.
Qeyd edək ki, “SOCAR Turkey” şirkətinə məxsus olan “Star” neft emalı zavodu Türkiyədə İzmir şəhərinin yaxınlığında, Egey dənizinin sahilində yerləşir. “Star” neft emalı zavodunun istismara verilməsi bu ilin oktyabr ayına planlaşdırılır. Zavodun emal gücü ildə 10 milyon ton təşkil edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Bu il Azərbaycanda istifadəyə verilən obyektlərin siyahısı
21.07.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb
20.07.2019
Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı
20.07.2019
KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir
20.07.2019
Dövlət Gömrük Komitəsinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info