İngiltərə Premyer Liqası: “Liverpul” ardıcıl dördüncü qələbəsini qazanıb
Tarix: 01.09.2018 | Saat: 22:23:00 | E-mail | Çapa göndər



İngiltərə Premyer Liqasının dördüncü turuna “Lester Siti” – “Liverpul” oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 1-də “Kinq Pover” stadionunda keçirilmiş qarşılaşmada “Liverpul” klubu 1:2 hesablı qələbə qazanıb. Görüşün 10-cu dəqiqəsində qonaqlar hesabı açıblar. Sol cinahdan hücuma keçən və iki müdafiəçisini geridə qoyan Andi Robertson topu cərimə meydançasında olan Sadio Maneyə ötürüb. Seneqallı hücumçu bu fürsəti əldən verməyib.
Birinci hissənin sonlarında “Liverpul” klubu meydan sahiblərini ikinci dəfə oyunu mərkəzindən başlamağa məcbur edib. Ceyms Milnerin künc ötürməsini braziliyalı Firminyo dəqiq baş zərbəsi ilə tamamlayıb.
Matçın 63-cü dəqiqəsində “Lester Siti” qollardan birinin əvəzin çıxa bilib. Alison Beykerin müdafiədə kobud səhvindən sonra Raçid Gezzal topu “Liverpul”un qapısından keçirib. Bu oyunda sonuncu qol olub.
Ardıcıl dörd qələbə qazanan Yurqen Klopun yetirmələri 12 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıblar. “Lester Siti” isə 6 xalla yeddinci yerdədir.
Qeyd edək ki, Premyer Liqanın dördüncü turunun maraqlı qarşılaşmalarından biri bu gün “Mançester Siti” və “Nyukasl Yunayted” komandaları arasında keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info