Azərbaycan bütün tərəfdaş dövlətlərlə bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır
Tarix: 02.09.2018 | Saat: 00:25:00 | E-mail | Çapa göndər



Azərbaycan öz xarici siyasətində bütün tərəfdaş və dost dövlətlərlə bərabərhüquqlu və normal əlaqələrin qurulmasının tərəfdarıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev TRT World kanalına müsahibəsində aparıcının Azərbaycanın Rusiya və Almaniya ilə əlaqələri və regiona artan maraqlar haqqında sualını cavablandırarkən deyib.
Rusiya və Azərbaycanın qonşu dövlətlər olduğunu və iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin hökm sürdüyünü deyən XİN-in sözçüsü iki ölkənin birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışdığını vurğulayıb. Digər tərəfdən o, Azərbaycanın Avropa İttifaqından olan tərəfdaşlarla yaxından əməkdaşlıq etdiyini qeyd edərək Avropa İttifaqı və təşkilata üzv dövlətlər, o cümlədən Almaniya ilə əməkdaşlıq üzrə Azərbaycanın geniş gündəliyinin olduğunu diqqətə çatdırıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli və vasitəçilik missiyaları haqqında sualı cavablandıran Hikmət Hacıyev Cənubi Qafqaz regionunun Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən davam edən işğalından əziyyət çəkdiyini və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunun regional sülh və təhlükəsizliyi ciddi təhdid etdiyini vurğulayıb. Münaqişənin həlli üzrə yol xəritəsinin hər kəsə aydın olduğunu və bunun beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslandığını deyən XİN rəsmisi bütün həmsədr ölkələrin BMT TŞ-nın qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün səylərini artırmasının vacibliyini diqqətə çəkib. Münaqişənin həllində Almaniyanın roluna gəldikdə isə o, Almaniyanın Minsk qrupunun üzv ölkələrindən biri olduğunu bildirərək deyib: “Azərbaycanın gözləntisi ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri ilə birlikdə Minsk qrupunda iştirak edən bütün dövlətlər fəal olaraq BMT TŞ-nın qətnamələrinin həyata keçirilməsinə dəstək olmalıdırlar”. BMT TŞ-nın qətnamələrinin mahiyyətinə toxunan Hikmət Hacıyev xatırladıb ki, bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.
Yekunda XİN rəsmisi Azərbaycan xalqının 25 ildən artıq bir dövr ərzində bu münaqişədən əziyyət çəkdiyini və Azərbaycanın münaqişənin substantiv və intensiv danışıqlar yolu ilə həllini dəstəklədiyini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür
23.03.2019
Dünya Bankı Cənub Qaz Dəhlizinə hər zaman dəstək verməyə hazırdır
23.03.2019
“Şimali Koreya sanksiyalarını geri çəkirəm“
22.03.2019
Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info