“Fənərbağça”nın üçüncü və gözlənilməz məğlubiyyəti
Tarix: 02.09.2018 | Saat: 02:58:00 | E-mail | Çapa göndər



Futbol üzrə Türkiyə Superliqasının dördüncü turunun növbəti oyununda “Fənərbağça” komandası öz meydanında “Kayserispor” klubu ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda ötən mövsümün ikincisi “Fənərbağça” klubu rəqibinə 2:3 hesabı ilə məğlub olub.
Hesab 13-cü dəqiqədə açılıb. Qonaq komandanın qapısından topu “Fənərbağça”nın hücumçusu Andre Ayyu keçirib. İkinci hissənin əvvəlində “Kayserispor” hesabı bərabərləşdirib. Cavab topunu 52-ci dəqiqədə Bernard Mensah vurub. Bu qoldan beş dəqiqə sonra İstanbul təmsilçisinin yeni transferi İslam Slimani komandasını yenidən hesabda irəli çıxarıb. Altmış birinci dəqiqədə “Fənərbağça”nın slovakiyalı müdafiəçisi Martin Skrtel topu öz qapısından keçirib - 2:2. Yetmişinci dəqiqədə Tjaron Çeri komandasının üçüncü qoluna imza atıb. Bu, oyunda vurulan sonuncu top olub və Türkiyə futbolunun liderlərindən biri “Fənərbağça” yeni mövsümdə üçüncü dəfə meydançanı məğlubiyyətlə tərk edib.
Bu komandalar Türkiyə çempionatında 52 dəfə qarşılaşıblar. Bu oyunlardan 31-də "Fənərbağça", 7-də "Kayserispor" qalib gəlib, 14 görüş isə heç-heçə qurtarıb.
Dördüncü turunun maraqla gözlənilən qarşılaşmalarından biri bu axşam “Qalatasaray” və “Trabzonspor” arasında keçiriləcək. İndiyədək keçirdiyi üç oyunun hamısında qalib gələn İstanbul təmsilçisi hazırda 9 xalla çempionatda liderlik edir.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Futbol üzrə Türkiyə Kubokunun ilk finalçısı məlum olub
24.04.2019
EPL tarixinin ən erkən qolu vuruldu
24.04.2019
Suares Barcelona tarixinin 3-cü bombardiridir
24.04.2019
Bakı trası haqqında yürüş mühəndisinin fikirləri
24.04.2019
UEFA Avropa Liqasının finalı “Spartak” stadionunda keçirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info