“Mançester Siti“ “Nyukasl“ klubunu məğlub edib
Tarix: 02.09.2018 | Saat: 03:07:00 | E-mail | Çapa göndər


Sentyabrın 1-də İngiltərə Premyer Liqasında dördüncü turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion "Mançester Siti" və öz meydançasında "Nyukasl" komandası ilə qarşılaşıb. Hesabı 8-ci dəqiqədə meydan sahibləri açıblar. Benjamen Mendinin ötürməsini Rəhim Sterlinq qola çevirib. Qarşılaşmanın 30-ci dəqiqəsində qonaqlar hesabı bərabərləşdirməyə nail olublar. Deandre Yedlin adını tabloya yazdırıb. Birinci hissə bu hesabla başa çatıb.
Matçın ikinci hissəsinə güclü hücumlarla başlayan Pep Qvardiolanın yetirmələri 52-ci dəqiqədə hesabda yenidən önə keçib. "Şəhərlilərin" əsas qol silahı olan Kun Aquyeranın ötürməsini Kil Valker dəqiq zərbə ilə tamamlayıb. Bu, oyunda sonuncu qol olub.
Beləliklə, İngiltərə Premyer Liqasının dördüncü turundan sonra "Mançester Siti" 10 xal toplayaraq üçüncü yerə yüksəlib.

Turun digər oyunları belə nəticələnib:
"Lester Siti" - "Liverpul" - 1:2
"Brayton" - "Fulhem" - 2:2
"Çelsi" - "Bormunt" - 2:0
"Kristal Palas" - "Sauthempton" - 0:2
"Everton" - "Haddersfild" - 1:1
"Vest Hem" - "Volverhemton" - 0:1
Hazırda turnir cədvəlinə hər birinin hesabında 12 xal olan "Liverpul" və "Çelsi" klubları başçılıq edirlər.
İngiltərə Premyer Liqasının dördüncü turuna sentyabrın 2-də "Kardiff Siti"-"Arsenal", "Börnli"-"Mançester Yunayted" və "Vatford"-"Tottenhem" oyunları ilə yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info