İspaniya La Liqası: “Real Madrid“in növbəti üç xalı
Tarix: 02.09.2018 | Saat: 13:17:00 | E-mail | Çapa göndər



Sentyabrın 1-də İspaniya La Liqasında üçüncü turun dörd oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Real Madrid" "Santyaqo Bernabeo" stadionunda "Leqanes" klubunu qəbul edib. Oyunun favoriti sayılan "kral" klubu hesabı 17-ci dəqiqədə açıb. Madridlilərin sağ cinah müdafiəçisi Dani Karvaxalın ötürməsini Qaret Beyl dəqiq zərbə ilə tamamlayıb. Bu qoldan yeddi dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirib. Cərimə meydançasında qayda pozuntusuna görə hakim "Real Madrid" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və Quido Karillo fürsəti əldən verməyib. Birinci hissə 1:1 hesabı ilə başa çatıb.
Fasilədən sonra hücumları gücləndirən Madrid təmsilçisi oyunun 48-ci dəqiqəsində yenidən hesabda önə keçib. Marselo-Asensio-Benzema kombinasiyasını sonuncu dəqiq baş zərbə ilə tamamlayıb. Bundan 13 dəqiqə sonra meydan sahibləri hesab arasındakı fərqi artırıb. Kərim Benzema özünün ikinci, komandasının isə üçüncü topunu rəqib qapısından keçirdib. Bu da oyunda son qol olmayıb. 66-cı dəqiqədə "Leqanes" klubunun qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Serxiyo Ramos qola çevirib. Beləliklə, "Real Madrid" klubu La Liqada ardıcıl üçüncü qələbəsini qazanıb.
Madrid şəhərin digər təmsilçisi "Atletiko" səfərdə "Selta Viqo" klubuna məğlub olub (2:0). "Selta Viqo" klubun heyətində 46-ci dəqiqədə Maksi Qomez və 52-ci dəqiqədə İaqo Aspas fərqləniblər.

Turun avqustun 31-də və sentyabrın 1-də keçirilmiş digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Xetafe" - "Real Valyadolid" - 0:0
"Eybar" - "Real Sosyedad" - 2:1
"Villyareal" - "Girona" - 0:1
İspaniya La Liqasının üçüncü turuna sentyabrın 2-də "Levante"-"Valensiya", "Deportivo Alaves"-"Espanyol", "Real Betis"-"Sevilya" və "Barselona"-"Hueska" oyunları ilə yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Navas “Real“dan ayrılmaq istəyir
22.08.2019
Joze Mourinyo PSJ-nin baş məşqçisi ola bilər
21.08.2019
Salahdan “Real“ açıqlaması
21.08.2019
"Barcelona" Neymarın keçidini həll etdi
21.08.2019
Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info