Azərbaycan BƏƏ ilə birgə müəssisələrin yaradılması üçün prioritet sahələri açıqlayıb
Tarix: 02.09.2018 | Saat: 13:28:00 | E-mail | Çapa göndər



Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sənaye, logistika və nəqliyyat sahələrində birgə müəssisələrin yaradılmasında maraqlıdır.

Bunu Trend-ə açıqlamasında Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev deyib.
E.Əliyev bildirib: "Eyni zamanda, biz ölkəmizə çoxlu sayda ərəb şirkətlərinin cəlb olunmasında maraqlıyıq, çünki Azərbaycan regionda qonşu ölkələrin əsas bazarlarına çıxışı olduğundan, coğrafi mövqeyinə görə xarici investorlar üçün ideal bazardır".
O qeyd edib ki, bu gün Azərbaycanda 250-dən çox BƏƏ şirkəti fəaliyyət göstərir. Ölkələr arasında Bakı-Dubay-Bakı, Bakı-Şarca-Bakı aviareysləri işləyir.
Ticarət nümayəndəsinin sözlərinə görə, ümumilikdə Azərbaycan və BƏƏ-nin sənaye, nəqliyyat, ticarət, investisiya, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar sahələrində əməkdaşlıq üçün böyük potensialı var və bu sahələrdə işbirliyini uğurla inkişaf etdirə bilərlər: "Hazırda ölkələr arasında əmtəə dövriyyəsinin artım dinamikasının sürətləndirilməsi istiqamətində ciddi işlər aparılır".
E.Əliyev deyib ki, Azərbaycan məhsullarının BƏƏ-yə ixracının əsas payı Dubaya düşür, bura əsasən kənd təsərrüfatı məhsulları tədarük edilir: "Dubaya böyük həcmdə meyvə-tərəvəz və nisbətən kiçik həcmdə ət ixrac olunur. Gələcəkdə Dubay bazarının tələbatını və Azərbaycanda bu məhsulun istehsalının artan imkanlarını nəzərə alaraq, ət ixracını maksimal dərəcədə artırmağı planlaşdırırıq".
O bildirib ki, öz növbəsində, Azərbaycan BƏƏ-dən əsasən yüksək texnoloji məhsulları, elektronika, sənaye malları və tikinti materialları idxal edir: "Birləşmiş Ərəb Əmirliklərinin kənd təsərrüfatı məhsullarının ən böyük idxalçılarından biri olduğunu nəzərə alsaq, umid edirik ki, bzim yüksək keyfiyyətli məhsullarımız bu perspektivli bazarda öz yerini tutacaq"
Ticarət nümayəndəsinin sözlərinə görə, BƏƏ-nin təkrar ixrac üçün ciddi potensialını nəzərə alsaq, Azərbaycan mallarının Ərəb Əmirliklərinin bazarına çıxması gələcəkdə məhsullarımızın Fars körfəzinin digər ölkələrinin bazarlarında özünə yer tutmasına səbəb ola bilər: "Kənd təsərrüfatı məhsulları ilə yanaşı, Azərbaycan BƏƏ-yə müxtəlif növ sənaye mallarının (alüminium lövhələr, borular və sair) tədarükünü artırmağı planlaşdırır".




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info