Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası fəaliyyətini gücləndirib
Tarix: 02.09.2018 | Saat: 16:26:00 | E-mail | Çapa göndər



Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün


Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətini gücləndirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. O qeyd edib ki, Türkiyənin Kocaeli şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi terroru əks etdirən muzey fəaliyyət göstərir. Bolqarıstan, Macarıstan və Almaniya televiziyaları erməni terrorunun dünyaya çatdırılması üçün Heydər Əliyev adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən muzeydə sənədli film hazırlayıb. Federasiya sədri əlavə edib ki, Türkiyə vətəndaşlarına və xarici qonaqlara hadisələri tam ətraflı çatdırmaq üçün Heydər Əliyev adına Mədəniyyət Mərkəzindəki kitabxananın və muzeyin daha da zənginləşdirilməsi istiqamətində də bir sıra addımların atılır. Əksər insanlar ermənilərin törətdikləri terror aktları ilə bağlı faktlarla ilk dəfə bu mərkəzdəki sənədlər əsasında tanış olublar.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri bununla yanaşı, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi sosial layihələrlə bağlı da məlumat verib. Onun sözlərinə görə, federasiyanın vasitəçiliyi ilə Kocaeli valiliyi bu şəhərdəki ali məktəbdə təhsil alan 200-ə yaxın azərbaycanlı tələbəyə birdəfəlik tələbə təqaüdü verib. Bundan başqa Kocaeli şəhər Bələdiyyəsi və Türk Dünyası Bələdiyyələri Birliyinin sədri İbrahim Karaosmanoğlunun qərarı ilə azərbaycanlı tələbələrin bələdiyyəyə məxsus ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrinə imkan yaradılıb.
Həmçinin Bilal Dündar qeyd edib ki, oktyabr ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının da iştirakı ilə Kocaeli vilayətinin Körfəz bələdiyyəsinin sədri İsmayıl Baran başda olmaqla böyük nümayəndə heyəti Azərbaycana, Göyçay rayonuna səfər edəcək. Bu rayonda Körfəz istirahət parkının açılacağı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info