Prezidentin Rusiyaya səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək
Tarix: 02.09.2018 | Saat: 22:44:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın inkişafına dair mühüm sənədlər imzalanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Səfər çərçivəsində iqtisadi, neft-qaz, hərbi-texniki, humanitar və digər sahələrdə münasibətlərin inkişafına dair müzakirələrin diqqət mərkəzində olduğunu deyən deputat əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın böyük potensialı var. Rusiya Prezidentinin qeyd etdiyi kimi, ötən ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib.
Sevinc Fətəliyeva Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlərdən sitat gətirərək qeyd edib ki, səfər çərçivəsində müzakirə edilmiş və razılaşdırılmış məsələlər, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Səfər çərçivəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinə imkan verəcək mühüm sənədlər imzalanıb.
Səfərin Azərbaycan-Rusiya əlaqələrinin inkişafı baxımından əhəmiyyətinə toxunan S.Fətəliyeva deyib: “Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlığın bariz nümunəsidir. Həqiqətən də, iki ölkə arasında əlaqələrin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır, uğurla inkişaf edir”.
Milli Məclisin deputatı bildirib ki, Rusiya-Azərbaycan münasibətləri regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malikdir. Hər iki ölkə regional təhlükəsizlik və əməkdaşlığa xüsusi diqqət yetirir, bu prosesə əhəmiyyətli töhfələr verir. Səfər zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də diqqət mərkəzində oldu. Şübhəsiz ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm rol oynayır. “Hesab edirəm ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində əldə edilmiş razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfələr verəcək",-deyə S.Fətəliyeva vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info