Azərbaycan musiqiçiləri “One Caucasus-2018” beynəlxalq musiqi festivalında
Tarix: 02.09.2018 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Gürcüstanda Cənubi Qafqaz ölkələri, eləcə də İran, ABŞ, Polşa və Seneqaldan olan musiqiçilərin iştirakı ilə “One Caucasus-2018” V beynəlxalq musiqi festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festival azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun Poladauri kəndi ərazisində təşkil edilib.
Keçən il isə festival Marneuli rayonunun Tserakvi kəndində keçirilmişdi.
Festivalın təşkilat komitəsinin sədri Vitek Hebanovski bildirib ki, tədbirin əsas məqsədi Cənubi Qafqazda yaşayan gəncləri ruhlandırmaq, dinc, sabit və təhlükəsiz bölgə yaratmaqdır. “Musiqi ilə sülh vəhdət təşkil edir. Bu yolla biz Cənubi Qafqazda sülhə nail ola bilərik”, - deyə o vurğulayıb.
Azərbaycanı bu festivalda “DiHaj” elektron musiqi qrupunun və “H3Collectiv” qrupunun müşayiəti ilə “Eurovision-2017” mahnı müsabiqəsinin iştirakçısı Diana Hacıyeva təmsil edib. Təmsilçimizin çıxışı maraqla və alqışlarla qarşılanıb.
Festival çərçivəsində xalq yaradıcılığı sənəti nümunələrinin yarmarkası, mövzu üzrə seminarlar təşkil olunub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti”
18.09.2018
Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb
18.09.2018
Bu gün Milli Musiqi Günüdür
18.09.2018
Gənc Azərbaycan istedadları Vyanada Milli Musiqi Günü münasibətilə konsert veriblər
17.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info