İngiltərə Premyer Liqası: “Mançester Yunayted”dən qələbə, “Tottenhem” məğlub oldu
Tarix: 03.09.2018 | Saat: 01:20:00 | E-mail | Çapa göndər



Sentyabrın 2-də İngiltərə Premyer Liqasının dördüncü turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun ən gözlənilməz hesabı “Vikarac Road” stadionunda qeydə alınıb. Meydan sahibi “Uotford” çempionatın favoritlərindən hesab olunan “Tottenhem” klubunu 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. London təmsilçisi hesabda öndə olsa da, sonradan qapısında iki qol görərək məğlub olub. “Uotford”un heyətində Troy Deeney və Kraiq Kartçart fərqləniblər. Meydan sahiblərinin digər futbolçusu Dukure isə avtoqola imza atıb.
Turun digər qarşılaşmasında “Mançester Yunayted” səfərdə “Börnli” klubunun qonağı olub. Matç Joze Mourinyonun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hər iki qolun müəllifi “Qırmızı şeytan"ların belçikalı hücumçusu Romelu Lukaku olub.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Lester Siti” - ”Liverpul” - 1:2
“Brayton” – “Fulhem” - 2:2
“Çelsi” – “Bormunt” - 2:0
“Kristal Palas” – “Sauthempton” - 0:2
“Everton” – “Haddersfild” - 1:1
“Vest Hem” – “Vulverhempton” - 0:1
“Kardiff Siti” – “Arsenal” - 2:3
“Mançester Siti” – “Nyukasl” - 2:1.

Hazırda turnir cədvəlinə hesabında 12 xal olan “Liverpul”, “Çelsi” və “Uotford” klubları başçılıq edirlər. Aktivində 10 xal olan “Mançester Siti” dördüncu, 9 xala malik “Tottenhem” isə beşinci yerdədir.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info