“Biznesimi genişləndirmək üçün yaxşı imkan yaranıb”
Tarix: 03.09.2018 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Şəkili sənətkar, milli musiqi alətləri ustası Mahir Vələdov iki ildən çoxdur ki, “ABAD”la əməkdaşlıq edir. O, sənətkarlar diyarı kimi tanınan Şəkinin ilk “ABAD”çılarındandır. Şəki şəhərinin qoruq ərazisində yerləşən “Sənətkarlar evi”ndə fəaliyyət göstərən Mahir ustanın ağacdan hazırladığı suvenirlər, kiçik ölçülü milli musiqi alətlərindən ibarət kompozisiyalar Şəkiyə gələn yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanır.
Mahir Vələdov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “ABAD”la əməkdaşlığın onun ailə büdcəsinin formalaşmasına böyük təsir göstərdiyini deyib: “Əvvəllər hazırladığım əl işlərini, suvenirləri yalnız Şəki şəhərinə gələn turistlərə sata bilirdim. “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulduqdan sonra isə hazırladığım suvenirlər artıq paytaxtın sənətkarlıq mərkəzlərində də satılır. Öz biznesimi genişləndirmək üçün yaxşı imkan yaranıb. Əsasən, milli musiqi alətlərimizdən olan tar, kamança, qaval, saz, tütək, nağara, muğam üçlüyü kompozisiyası və digər suvenirlər hazırlayıram. Bu əl işlərinin qiyməti 3 manatdan 18 manatadəkdir. “ABAD”ın özü də mənə müxtəlif ideyalar verir, eskizlər göndərir. Məsələn, onların sifarişi ilə hazırladığım “Neft buruqları” suvenirləri 18 manata satılır”.
Şəkili sənətkar deyib ki, “ABAD”la əməkdaşlıq sayəsində hər ay satışdan asılı olaraq, ailə büdcəsinə 200 manatdan 500-600 manatadək əlavə gəlir daxil olur. Ümumiyyətlə, Vələdovlar ailəsi indiyədək “ABAD”ın vasitəçiliyi ilə 5 min manatdan çox gəlir əldə ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info