Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
Tarix: 03.09.2018 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


İndiyədək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə tərəfdaşlarla birgə təxminən 31,4 milyard dollar sərf edilib. Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) bildirilib.
“Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərcləri hazırda 22,7 milyard ABŞ dolları təşkil edir və bu ilin iyul ayının sonunadək həmin layihəyə 18 milyard dollar xərclənib. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsinin dəyəri 4,5 milyard dollardır və bu layihəyə iyul ayının sonuna qədər 4,2 milyard dollar sərf olunub. Kapital xərcləri 8 milyard dollar olan Trans-Anadolu (TANAP) layihəsinə iyulun sonunadək 5,6 milyard dollar xərclənib”, - deyə məlumatda qeyd olunur.
“Cənub Qaz Dəhlizi” QSC-dən bildirilib ki, dəyəri 4,5 milyard avro qiymətləndirilən “Trans-Adriatik” (TAP) layihəsinə isə iyul ayının sonuna qədər 3,1 milyard avro (təqribən 3,6 milyard dollar) sərf edilib.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Azərbaycan təbii qazının 2020-ci ilədək Avropaya çatdırılması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
22.05.2019
“Qala Sığorta” müştərilərinə ödədiyi vəsaitin həcmini 2,3 dəfə artırıb
22.05.2019
Azərbaycanda ilk dəfə istehsal olunan alkoqolsuz şərab Çexiyaya ixrac olunacaq
21.05.2019
Millət vəkili Tahir Rzayev: “Ölkədə həyata keçirilən proqramlar iqtisadi inkişafa təkan verir”
21.05.2019
Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info