ABŞ-dakı soydaşlarımız həmrəylik nümayiş etdiriblər
Tarix: 03.09.2018 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


ABŞ-ın Nyu-York şəhərinin Bruklin bölgəsində uzun müddət tək yaşayan 1965-ci il təvəllüdlü Azad Seyidov 2018-ci il avqust ayının əvvəllərində dünyasını dəyişib. Bu haqda “Palitra”ya mərhumun anası Aliyə Seyidova məlumat verib. Azad Seyidovun ölümü haqqında xəbəri Azərbaycanın ABŞ-dakı səfirliyinə və Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin rəhbəri Minəvvər Vahabovaya mərhumun yaxın tanışı, gürcü əsilli Georgi verib. Azadın nəşi Nyu-Yorkda fəaliyyət göstərən Müsəlman dəfn xidməti göstərən firma tərəfindən Bakıya göndərilməsi üçün hazırlanıb. Səfirliyin Konsulluq şöbəsinin rəhbəri Emil Muradzadə təcili olaraq Azadın nəşinin Vətənə göndərilməsi üçün lazım olan sənədlərin hazırlığına başlayıb. Minəvvər Vahabova isə diaspor üzvlərinə müraciət edərək lazım olan məbləğin toplanması üçün yardım etmələrini xahiş edib. Nyu-York, Pensilvaniya, Florida, Kaliforniya ştatlarında yaşayan həmvətənlərimiz iki gün ərzində lazım olan məbləği toplayıblar. Yığılan məbləğ dəfn xidməti göstərən firmanın xərclərinə və qalanı isə Azadın Bakıdakı ailəsinə göndərilib. Minəvvər xanım və konsul Emil Muradzadə mütamadi olaraq Azadın Bakı şəhərində yaşayan anası Aliyə xanım və kürəkəni Akif bəylə telefon əlaqəsi yaradaraq buradakı hazırlıq işləri barədə onlara məlumat verib və balasını itirmiş ağbirçək anaya bacardıqları qədər dəstək olmağa çalışıblar. Azərbaycan Hava Yoıllarının Nyu-Yorkdakı nümayəndəsi Elnur Ələkbrov Azad Seyidovun nəşinin Vətənə çatdırılması üçün əlindən gələni edərək, yol xərcini öz üzərinə götürüb.
Qeyd edək ki, sentyabr ayının birində Azadın cənazəsi Azərbaycana yola salınıb. Sentyabrın ikisində isə mərhum öz Vətənində dəfn edilib.
Həmvətənlərimizə bu gözəl təşəbbüsə görə minnətdarlığımızı bildiririk. Azərbaycanın ABŞ-dakı səfirliyinə, BMT-də Azərbaycanın daimi nümayəndəliyinə və şəxsən Elnur müəllimə və Minəvvər xanıma da təşəkkür edirik. Onu da qeyd edək ki, Azadın anası Aliyə xanım və qohumları da bu təqdirəlayiq hərəkətə görə ABŞ-da yaşayan həmvətənlərimizə öz minnətdarlıqlarını bildirirlər. Allah rəhmət eləsin!

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Azeri Light”ın bir barreli 82,21 dollara satılır
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info